Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda sərbəst güləş idman növü üzrə rayon birinciliyi

19 sentyabr 2016 | 16:00

17-18 sentyabr 2016-cı il tarixlərdə Azər idman klubunda Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Milli Qəhrəmanların və Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş 2004-2005-ci il təvəllüdlü  yeniyetmələr  arasında sərbəst güləş idman növü üzrə Masallı rayon birinciliyi keçirilmişdir.
11 çəki dərəcəsində 68 nəfər yeniyetmə idmançıların iştrakı ilə keçirilən yarışın məqsədi, rayonda güləş idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək və yenuyetmələrin  idmana olan marağını daha da artırmaqdır. Olduqca gərgin və maraqlı mübarizə şəraitində keçirilən yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfində diplomlarla  mükafatlandırılmışdır.

Keçidlər