Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Erkən nikahlar və onun fəsadları” mövzusunda dəyirmi masa

20 sentyabr 2016 | 16:00

20 sentyabr 2016-cı il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin, Rayon Təhsil şöbəsinin və Rayon Mərkəzi xəstəxanasının  birgə  təşkilatçılığı ilə  yeniyetmə və gənclər arasında “Erkən nikahlar  və  onun fəsadları”  mövzusunda dəyirmi masa  keçirilmişdir
           Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov tədbiri giriş sözü ilə açaraq bildirib ki, erkən nikah probleminin bu gün cəmiyyətimizin aktual problemlərindəndir. Erkən nikah probleminin həll olunmaması ilə yanaşı ildən-ilə artan statistik rəqəmlər bu barədə narahatlığa əsas verir:  Bəzi valideyinlər müxtəlif məqsədlərlə, xüsusilə də 18 yaşına çatmamış qız uşaqlarının ərə verərkən buna din və adət-ənənələri bəhanə edərək özlərinə bəraət qazandırmaq istəyirlər. Xüsusən regionlarda valideyinlər uşaqlarını qorumaq, qızlarının ismətini müdafiə etmək və ya özlərini qız övladlarını dolandırmaq yükündən azad etmək niyyəti ilə erkən nikaha üstünlük verirlər. Dünyada 24 yaşına qədər hər üç qadından biri 18 yaşına çatmamış ailə qurub. Bu, təxminən 70 milyon nəfər deməkdir. Son 30 ildə azyaşlı gəlinlərin ümumi sayının azalmasına baxmayaraq, bu çətin vəziyyət xüsusən də kənd yerlərində və ən yoxsul şəraitdə yaşayan insanlar arasında hələ də davam etdiyini bildirdi. Sonra Gənclər və İdman İdarəsininrəisi Camal Manafov erkən nikah probleminin yaranmasının qarşısının alınması istiqamətində görülən işlər haqqında da məlumat verdi. 
Sonra tədbirdə Masallı rayon Mərkəzi xəstəxanasının həkim genekoloqu Rəhimə Rzayeva çıxış edərək gəncləri erkən nikahların törədə biləcəyi fəsadlar haqqında məlumatldıraraq bildirdi ki,  Erkən nikahın qanun pozuntusu olduğunu yeniyetmələrə aşılamaq lazımdır. Bundan başqa erkən hamiləlilik azyaşlı qızların sağlamlığına bir sıra fəsadlar törədir. Bəzən erkən nikaha girənlər sonradan peşman olur. Və boşanmalara gətirib çıxarır. Boşandıqda isə rəsmi nikahları olmadığından heç bir mülkiyyət hüququ əldə edə bilmirlər. Bu gün Azərbaycan qadınlarının mülkiyyət hüququnun pozulması əsas problem olaraq qalır. Erkən yaşda ərə verilən qızların rəsmi dövlət nikahı olmadığına görə, molla kəbini ilə ərə verilirlər. O molla kəbini də heç bir hüquqi məsuliyyət daşımır. Erkən nikaha girən cütlüklər sonradan xasiyyətləri uyğun gəlmir. Bir-biriləri ilə ailə qurduqlarına görə peşmançılıq hissi keçirirlər. Bir yerdə yaşaya bilmirlər. Çıxış yolunu boşanmaqda görürlər.  Sonradan isə erkən nikahların psixoloji  fəsadlar törədir. Erkən ərə gedən qızların ana olan zaman öz uşaqlarına qarşı laqeyd yanaşması real problemdir. Çünki onun özü hələ uşaqdır.Bu cür problemlərin ciddi psixi pozğunluğa gətirib çıxara biləcəyini vurğuladı
       Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti  Əyyar Burhanov, Masallı rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Emin Nüsrətov və başqaları çıxış edərək problemin həll olunması üçün valideyn, müəllim, məktəb psixoloqlarının birlikdə əməkdaşlıq etmələrinin əhəmiyyətini vurğuladılar. Maarifləndirici materialların məktəblərdə geniş tətbiq ediməsinin vacibliyini nəzərə çatdırdılar.  Tədbir  iştirakçıların sualları ətrafında diskussiya ilə davam etdirildi
Sonda tədbir iştrakçılarına müzakirə olunan mövzuya dair bukletlər paylanıldı

Keçidlər