Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏRƏFƏ ƏRAZİSİNDƏ SƏYYAR GÖRÜŞ-QƏBULU

05 oktyabr 2016 | 16:00

05 oktyabr 2016-cı il tarixdə Şərəfə ərazisində yerləşən "Kəndimiz" şadlıq evində Masallı rayon İcra hakimiyyəti başçısının səyyar qəbulu keçirilmişdir.
  Qeyd edək ki, Şərəfə ərazisi Şərəfə və Ağaşbəyli yaşayış məntəqələrini əhatə edir.
Ərazidə orta məktəb, həkim məntəqəsi, EATS və poçt, kitabxana və mədəniyyət evi, "Həcər" folklor ansamblı, 10-a yaxın xidmət obyektləri fəaliyyət göstərir.
Şərəfə kəndindəki "Kəndimiz" şadlıq evində  təşkil olunmuş görüşü Masallı rayon İcra hakimiyyətinin başçısı cənab Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. Sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
    Ərazi sakinlərindən Xalıq Nəzərov, Ağamirzə Əliyev, Hilal Xankışıyev, veteran müəllim Əşrəf Mövsümov, Qabil Məmmədov və başqaları çıxış edərək son vaxtlar
Masallı rayonunda və Şərəfə kəndi ərazisində görülmüş işləri təqdir etmiş, kənd əhalisi adından ölkə Prezidenti cənab İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıq ifadə etmiş, kəndin daxili yollarının təmir olunmasını xahiş etmiş, işıq və qazın yandırılmasına olan nöqsanların aradan qaldırılması yollarından danışmış, həmçinin şikayət və təkliflərini səsləndirmişlər.
  Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov görüşü yekunlaşdıraraq, 5 oktyabr Beynəlxalq müəllimlər günü münasibətilə iclasada iştirak edən bütün müəllimləri təbrik etmişdir. Rayon rəhbəri verilən təkliflərin nəzərə alınacağını qeyd etmiş, aidiyyatı idarə və müəssisələrə tapşırıqlar vermişdir.

Keçidlər