Tütün təhvil verilir
03 oktyabr 2016 | 16:00
Masallıda yeni əkin növü olan tütünçülüyün ilk bəhrəsi görünməkdədir. Ərazilərdə 11 hektar tütün yetişdirən əmək adamları artıq Şəki tütün fermentləşdirmə zavoduna qurudulmuş məhsul təhvil verməyə başlamışlar.
Tütün satışında Xırmandalı ərazisi fərqlənir. Rayondan zavoda təhvil verilmiş 4,7 ton məhsulun 2,4 tonu onların payına düşür. Fermentləşdirmə zavodu məhsulun I növünü 2, II növünü isə 1,7 manata qəbul edir. Satılan məhsulun 500 kiloqramı yüksək keyfiyyətdə olmuşdur.
Xırmandalı əməkçiləri növbəti ildə 60 hektar sahədə tütün əkməyi qərara almışlar. Qızılağac, Şərəfə, Qarğalıq tütünçüləri də məhsul təhvilinə başlamışlar.