Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Ağıl Dəryası” İntellektul bilik yarışı

05 oktyabr 2016 | 16:00

05 oktyabr 2016-cı il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında “Ağıl dəryası” İntellektual bilik yarışı üzrə rayon  birinciliyi keçirilmişdir.
Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlamış və cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirdiyindən, onlara hər bir sahədə göstərilən diqqət və  qayğıdan həmçinin respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmış və bildirmişdir ki, tədbirin əsas məqsədi istedadlı gəncləri aşkara çıxarmaq, onların bilik  və bacarıqlarını inkişaf etdirmək, gəncləri bu yönümlü təbirlərə daha geniş cəlb etmək, onların narkomaniya və digər zərərli vərdişlərdən uzaqlşdırılmasdır.     
Gərgin və maraqlı keçən İntellektual bilik yarışın yekununda Güllütəpə  kənd  tam orta məktəbin komandası I yerə, Qəriblər kənd tam orta məktəbinin komandası  II yerə,  Çaxırlı kənd tam orta məktəbinin  komandası  III yerlərə layiq görülmüşlər.
         Rayon birinciliyində qalib gəlmiş  bütün  komanda üzvləri rayon Gənclər və İdman idarəsi tərəfindən diplomla təltif olunmuşlar.

Keçidlər