Masallıda “Müəllimlər günü” qeyd edildi
05 oktyabr 2016-cı il tarixdə “ASAN həyat” kompleksində “Müəllimlər günü” qeyd edildi.
İlk öncə tədbir iştirakçıları Masallı şəhər Heydər Əliyev parkında Ulu öndərin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Tədbiri giriş sözü ilə açan rayon Təhsil şöbəsinin müdiri Tariyel Əkbərov rayon təhsilində əldə edilən uğurlu nəticələrdən danışmış, Təhsil Strategiyası ilə əlaqədar qarşıya qoyulan vəzifələri bildirmişdir. Qeyd etmişdir ki , Masallı müəllimlərinin diaqnostik qiymətləndirilməsinin nəticələri yaxşı olmuş, bu il 4 kənddə yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Sözçü Masallı təhsilinə qayğıya görə rayon rəhbərnə minnətdarlığını bildirmişdir.
Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov müstəqil dövlətimizin təhsilə çox böyük önəm verdiyini, bu istiqamətdə görülən tədbirləri gündəmə gətirmişdir. Bu, ulu öndər Heydər Əliyevin xidmətləri, siyasi kursudur. Ümummilli liderimizin Konstitusiyanın qəbulu zamanı Azərbaycan dilini dövlət dili kimi qəbul etməsi məhz onun xidmətləridir.
Bu gün o dili, o təhsili cənab Prezidentimiz İlham Əliyev və onun xanımı Mehriban xanım Əliyeva inkişaf etdirir. Bu gün gənc nəslin inkişafı, savadlı, əsil vətənpərvər kimi yetışməsi, dünyaya inteqrasiyası məhz onların adı ilə bağlıdır. Prezidentin Masallı təhsilinə göstərdiyi qayğı rayonda on ildə 50-yə yaxın məktəbin tikintisi və ya əsaslı təmir olunması ilə əlaqədardır. Son iki dərs ilində ali məktəblərə qəbul nəticələri arasında paralellik aparan sözçü bildirmişdir ki, 2015-ci ildə ali məktəblərə 321, bu il 416 məzun qəbul olunmuşdur. Bunlardan 147 nəfəri qızlardır. 50 nəfər 500-600 bal, 33 məzun isə 600-dən yuxarı bal toplamışdır. Bu gün məktəbin əsas vəzifəsinin ölkə üçün nümunəvi şagird hazırlamaq olduğunu bildirən natiq bu sahədə Masallının inkişafının göz qabağında olduğuna diqqəti çəkmişdir. Belə ki, qızların ali məktəbə qəbul göstəricisi 5 il əvvəlkindən 11 dəfə artıqdır. Qızların təhsilə marağı eyni zamanda rəhbərlik tərəfindən görülən tədbirlər, erkən nikahların 50 faiz azalmasına səbəb olub. Rayonda turizmin inkişafından bəhs edən natiq bildirmişdir ki, hər il Masallıya 25 min turist gəlir. O, bu sahədə Möhtərəm Prezidentimiz İlham Əliyevin Masallıda Beynəlxalq Turizm Mərkəzi yaratmaq tapşırığını diqqətə çatdırdı. Göstərdi ki, həmin məqsəd üçün kadr hazırlanması Masallı müəllimlərinin qayğısıdır.Turizm kadrları hazırlayan Dövlət Kolleci var. Bununla yanaşı Peşə liseyinin də yaradılması nəzərdə tutulub. Bir sözlə, yetişdirilən kadrlar rus və ingilis dillərini bilməli, komputer texnikasına yiyələnməli, turizm işinin təşkilini və digər tələbləri mənimsəməlidirlər. Bütün bunlar müəllimlərin qayğısıdır. Rayonda keçirilən diaqnostik qiymətləndirmə, dövlət rəhbərinin, təhsil nazirliyinin müəllimlərimizin rifahının yüksəldilməsinə qayğısıdır. Bu gün Masallıda şəhərsalma istiqamətində görülən işlər, həyata keçirilən qlobal layihələrə diqqət çəkən natiq mərkəzi su sisteminin yaradıldığını, kəndlərə dünya səhiyyə təşkilatlarının tələbləri səviyyəsində içməli su veriləcəyini bildirmişdir.
Masallıda yaradılmış “ASAN həyat” kompleksinin xüsusilə “ABAD” mərkəzinin fəaliyyətindən danışan sözçü onların rayonun inkişafında önəmli rol oynayacaqlarını bildirdi. Bütün bunların Masallıda şəhər mühitinin yaradılmasında rolunu göstərən natiq pedaqoji kollektivlərin bu istiqamətdə vəzifələrindən danışıb tövsiyələrini verdi.
Natiq çıxışının sonunda müəllimləri peşə bayramları münasibətilə təbrik edib, onlara şərəfli sənətlərində uğurlar, cansağlığı arzuladı.
Boradigah qəsəbə 1 nömrəli tam orta məktəbinin gənc müəllimi Fidan Həsənova, Böyük Xocavarlı veteran müəllim Rəyasət İbrahimov, Masallı Dövlət Regional Kollecinin tələbəsi Elnurə Rzayeva çıxış edərək müəllimləri peşə bayramı münasibətilə təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar, həyatda cansağlığı arzulamışlar.
Bayram münasibətilə qabaqcıl müəllimlərin bir qrupuna RİH başçısının və RTŞ-nin “ Fəxri fərman”ları təqdim olundu.
Fərasət Dəyyanov qiymətli hədiyyə ilə təltif olundu.
Masallı incəsənət ustaları – Şamo İbayev, Miriş Hüseynov, Nəriman Mirzəyev rəngarəng konsert proqramı ilə çıxış etrdilər.
Masallı Dövlət Regional Kollecinin tələbələrinin ifa etdiyi “Müəllim ömrü” ədəbi-bədii kompozisiyası məclisi rövnəqləndirdi.
Tədbirin sonunda iştirakçılar kinofilmə baxdılar.