Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Yunan roma güləş idman növü üzrə rayon birinciliyi

09 oktyabr 2016 | 16:00

08-09  oktyabr 2016-cı il tarixdə Ərkivan qəsəbə mədəniyyət evində  Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 18 oktyabr Müstəqillik gününə həsr olunmuş  kiçik yaşlı uşaqlar, yeniyetmə və gənclər arasında yunan roma  güləş idman növü üzrə rayon birinciliyi keçirilmişdir
11 çəki dərəcəsində 62 nəfər kiçik yaşlı uşaqlar, yeniyetmə və gənc idmançıların iştrakı ilə keçirilən yarışın məqsədi, rayonda güləş idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək və gənclərin idmana olan marağını daha da artırmaqdır. Olduqca gərgin və maraqlı mübarizə şəraitində keçirilən yarışda qalib gəlmiş idmançılar Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfində diplomlarla  mükafatlandırılmışlar.

Keçidlər