Şriftin ölçüsü :

Saytın rəngi :

XIL KƏND SAKİNLƏRİ İLƏ GÖRÜŞ

11 aprel 2013 | 15:00

Masallı rayon İcra hakimiyyəti başçısının səyyar qəbulu 10.04.2013-cü il tarixdə Xıl ərazisində keçirilmişdir. Xıl ərazisi təkcə Xıl yaşayış məntəqəsini əhatə edir. Ərazinin 4460 nəfər əhalisi və 1471 ha torpaq sahəsi vardır.

Həmçinin ərazidə 1 tam orta məktəb, 1 həkim məntəqəsi, 1 kənd kitabxanası, 1 EATS və 1 poçt fəaliyyət göstərir.

Tədbirdə iştirak edən Prezident Adminstrasiyasının məsul işçisi Vəfadar Bağırov və Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov əvvəlcə Xıl kəndindən milli qəhrəman olmuş Elşad Hüseynovun xatirəsinə ucaldılmış abidəni ziyarət edərək abidə önünə gül dəstələri qoymuşlar.

Sonra Xıl ərazisində təşkil olunmuş görüşü Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. Sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.

Kənd ağsaqqallarından Eynulla Eynullayev, Yadigar Fətullayev, kənd ziyalılarından Vəfadar Hüseynov, Hüseynağa İslamov, kənd sakinlərindən Hacıağa Fərzəliyev, İlqar Dadaşov və başqaları çıxış edərək ərazi nümayəndəliyinin binasının əsaslı təmir edilməsi və ərazisinin abadlaşdırılmasına, Seyidlər qəbiristanlığının giriş hissəsində yeni talvarın tikilməsinə, kəndin daxili yollarına çınqıl tökülərək hamarlanmasına, su aparıcı kanalların təmizlənməsinə, ərazidə yararsız elektrik dirəklərinin yeniləri ilə əvəz edilməsinə və ərazidə yeni məktəb binasının tikintisinə başlanmasına görə kənd əhalisi adından ölkə prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Sonra sakinlər əraziyə təbii qaz xəttinin çəkilməsinə, kəndin mərkəzi yolunun əsaslı təmir olunmasına, su aparıcı kanalların təmizlənməsinə və ərazi uşaq bağçası-körpələr evinin tikilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

Tədbirdə Prezident Adminstrasiyasının məsul işçisi Vəfadar Bağırov iştirak və çıxış etmişdir.
Sonda Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.

Keçidlər