Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA DOQQUZ AYIN YEKUNLARI MÜZAKİRƏ EDİLMİŞDİR

13 oktyabr 2016 | 16:00

13 oktyabr 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində Masallı Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilmişdir.
  İclasda “2016-cı ilin 9 ayı ərzində Masallı rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələri barədə” hesabat məruzəsi müzakirə edilmişdir.
  İclasa sədrlik edən Masallı RİH-nin başçısı Rafil Hüseynov dövlət başçısının giriş və yekun nitqlərindən irəli gələn mühüm məsələlərdən danışaraq bildirmişdir ki, dünyada davam edən iqtisadi böhranın dərinləşməsinə baxmayaraq, Azərbaycan inamla inkişaf edir. Bunun təməlində cənab Prezident İlham Əliyevin düşünülmüş siyasəti, apardığı islahatlar və ölkəmizin gələcəyi ilə bağlı olan proqramlar dayanır. Sevindirici hal ondan ibarətdir ki, respublikada iqtisadiyyatın əsas sahələri olan sənaye və kənd təsərrüfatı artıb.
Sonra hesabat məruzəsi dinlənilmişdir.
  Məruzədə RİH başçısı cənab Rafil Hüseynov qeyd etmişdir ki, ölkəmizin hər yerində olduğu kimi, 2016-cı ilin 9 ayında Masallı rayonunun sosial-iqtisadi inkişafı sahəsində işlər sürətlə davam etmişdir.
  Hesabat məruzəsində daha sonra rayonun sənaye müəssisələrində və aqrar sahəsində görülmüş işlər barədə ətraflı məlumat verilmişdir. Doqquz ay ərzində şəhər və rayon ərazisində aparılmış genişmiqyaslı tikinti, quruculuq və abadlıq işləri barədə söz açılmışdır.
  Məruzə ətrafında müzakirələrdə Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov, rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov, RİH başçısının Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Valeh Seyfullayev çıxış edərək cari ilin 9 ayında görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat vermişlər.
Şura iclasını yekunlaşdıran Masallı RİH başçısı Rafil Hüseynov ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə tərəvəzçiliyin, çayçılığın, sitrusçuluğun və çəltikçiliyin inkişafı istiqamətində qarşıda duran mühüm vəzifələrdən danışaraq qeyd etmişdir ki, torpaqlardan səmərəli istifadə üçün yollar axtarılmalı, qışa hazırlıq işləri sürətləndirlilməlidir.
  Rayon rəhbəri vurğulamışdır ki, kənd təsərrüfatının ixtisaslaşdırılması, əkilməyən torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması, Sənaye Məhəlləsinin, kooperasiyaların, tədarük mərkəzlərinin yaradılması, Viləşçay su anbarının ikinci növbəsinin tikintisi, turizmə önəm verilməsi Masallının gələcək inkişafına stimul verəcəkdir.
  Şura iclasında müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edilmişdir.

Keçidlər