Masallıda taekvado idman növü üzrə rayon birinciliyi
13-14 oktyabr 2016-cı il tarixlərdə Masallı Regional Taekvando Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş kiçik yaşlı uşaqlar, yeniyetmə və gənclər arasında taekvando idman növü üzrə rayon birinciliyi keçirilmişdir
11 çəki dərəcəsində 72 nəfər kiçik yaşlı uşaqlar, yeniyetmə və gənc idmançıların iştrakı ilə keçirilən yarışın məqsədi, rayonda tekvando idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək və gənclərin idmana olan marağını daha da artırmaqdır. Olduqca gərgin və maraqlı mübarizə şəraitində keçirilən yarışda qalib gəlmiş idmançılar Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfində diplom və medallarla mükafatlandırılmışdır