Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Breyn Rinq” İntellektual oyunu üzrə rayon turniri

14 oktyabr 2016 | 16:00

14 oktyabr 2016-cı il tarixdə Asan İntelektual Mərkəzində Masallı rayon İcra hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş rayon ümumtəhsil məktəblərinin IX-XI sinif şafirdləri  arasında  “Breyin-rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilmişdir.
       Tədbirin açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək iştirakçıları salamlamış və tədbirin məqsəd və vəzifələri haqqında məlumat vermişdir. Oyununun keçirilməsində əsas məqsədin gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olduğu bildirilmişdir..
Gərgin və maraqlı keçən intellektual bilik yarışının birinci mərhələsi Gənclər Mərkəzində, final mərhələsi isə ASAN İntellektual Mərkəzində keçirilmişdir.  Bütun mərhələləri uğurla başa vuran E.Əhədov adına Təzə Alvadı 1 saylı tam orta məktəbin komandası  I yerə layiq görülmüşdür, Çaxırlı  kənd tam orta məktəbiniun komandası II yerə, “Dəfinə”  məktəb-liseyinin komandası III yerə layiq görülmüşlər
         Rayon  birinciliyində  qalib gəlmiş komandalar   Masallı  rayon  Gənclər və İdman idarəsi tərəfindən  diplomla  təltif olunmuşlar.

Keçidlər