Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda şahmat idman növü üzrə rayon birinciliyi

18 oktyabr 2016 | 16:00

11-18  oktyabr  2016-cı  il tarixlərdə  Masallı şəhər Uşaq-Gənclər Şahmat məktəbində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş kiçik yaşlı uşaqlar və yeniyetmələr  arasında şahmat  idman növü üzrə rayon birinciliyi keçirilmişdir.
65 nəfər idmançının iştrakı ilə yarış 2 yaş qrupu üzrə  keçirilmişdir. 10 yaşa qədər oğlan və qızların iştrakı ilə keçirilən yarışda Mikayılov Vəkil Raiq oğlu I yerə,  Əsgərov Nurlan Emin oğlu II yerə, Məmmədov Şükür Məmmədağa oğlu III yerə layiq görülmüşdür. 16 yaşa qədər oğlan və qızlar arasında keçirilən yarışda isə Bəşirov Mircavad Mirtəbib oğlu I yerə, Əsgərov Tural Emin oğlu II yerə, Əliyeva Fəridə İnqilab qızı III yerə layiq görülmüşlər .           
           Gərgin və maraqlı mübarizə şəraitində  keçirilən  yarışda qalib gəlmiş bütün idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfinidən diplomlarla hədiyyələrlə mükafatlandırılmışdır.

Keçidlər