Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Müstəqil Azərbaycan və gənclik” mövzusunda dəyirmi masa

18 oktyabr 2016 | 16:00

18 oktyabr 2016-cı il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə Azərbaycanın Dövlət  Müstəqilliyinin 25-ci ildönümü münasibətilə  “Müstəqil Azərbaycan və gənclik”  mövzusunda dəyirmi masa   keçirilmişdir.                                 
     Dəyirmi masanı giriş sözü ilə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi  Camal Manafov  açaraq, bildirmişdir ki, tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir.  Gərək  sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək ,özünün  suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi  23 ay yaşadı.  İkinci tarixi imkan bir də 70 il sonra yarandı.Sovet imperiyasının dağılması  Azərbaycan   xalqına  öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.
      1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında  “Azərbaycanın dövlət müstəqilliyi haqqında  Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu .Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən  siyasi çəkişmələr,  separatçılar  hərəkatı  müstəqilliyin  beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı. Lakin böyük siyasi təcrübəyə  malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu.
         Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. “Əsrin müqaviləsi” çərçivəsində reallaşan “Bakı-Tbilisi-Ceyhan”  Əsas  İxrac  Boru  Kəməri  artıq  neftimizi dünya bazarına çıxarır. Bu kəmər həm Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında,həm də xalqımızın daha firavan yaşamasında mühüm rol oynadığını vurğuladı.
         Dəyirmi masada Masallı Dövlət regional kollecinin direktoru Vidadi Nəzərov, Kollecin diorektor müavini Baba Həsənov, rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Emin Nüsrətov çıxış edərək bildirdilər ki, Ulu öndər Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail oldu.İndi isə cənab Prezident İlham Əliyevin apardığı daxil və xarici siyasəti nəticəsində müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə  möhkəmlənir. Xalqın öz dövlətçiliyi sarıdan  heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən  əsas  amillər qorunub  saxlanır,  inkişaf  etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına,  milli-mənəvi dəyərlərin qorunub saxlanmasına eyni dərəcədə diqqət verilir.
     Tədbirin sonunda Masallı Dövlət Regional Kollecinin tələbələri İradə Hüseynova, Elnurə Rzayeva, Ləman Nəzərli, Duyğu Əliyeva  tərəfindən hazırlanmış şer kompazisiyası nümayiş etdirildi

Keçidlər