Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Vətən bizim qürurumuz güvənc yerimiz” mövzusunda dəyirmi masa

25 oktyabr 2016 | 16:00

25 oktyabr 2016-cı il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə Zəngilan rayonunun işğal olunmasının  ildönümü ilə əlaqədar olaraq “Vətən bizim qürurumuz güvənc yerimiz”  mövzusunda  dəyirmi masa keçirilib
           Əvvəlcə tədbir iştrakçıları torpaqlarımız  uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbiri giriş sözü ilə  Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov  açaraq  bildirmişdir ki, Azərbaycanın dilbər guşələrindən olan bu rayon ermənilər tərəfindən 1993-cü ilin  oktyabr ayında  işğal olunmuşdur. İşğaldan əvvəl rayon düşmən tərəfindən bir neçə gün mühasirədə saxlanılmışdır. Həmin çətin məqamlarda ulu öndər Heydər Əliyev İran İslam Respublikası ilə danışıqlar aparmış, bu danışıqların nəticəsi olaraq əldə edilən razılaşmaya əsasən Araz çayının suyunun azaldılması təmin edilmiş və zəngilanlıların İrana keçməklə düşmən  mühasirəsindən xilası mümkün olmuşdur. Bu gün doğma Vətən, torpaq həsrəti ilə yaşayan zəngilanlılar respublikamızın ayrı-ayrı şəhər və rayonlarında məskunlaşmışlar. Zəngilanın, onun qəsəbə və kəndlərinin, çoxlu sayda səhiyyə, təhsil müəssisələrinin, digər sosial obyektlərin düşmən tərəfindən zəbt edilərək talan olunduğunu bildirən Camal Manafov, eyni zamanda, mənəvi itkilərin daha çox, daha dəhşətli olduğunu xatırlatmışdır.  
          Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Oktay Mütəllimov, Masallı Dövlət regional kollecinin direktor müavini, tarixçi Baba Həsənov  çıxış edərək bildirmişlər ki, XX əsrin sonu Azərbaycan xalqının tarixinə faciələrlə dolu bir dövr kimi yazıldı. Ölkədə mövcud ictimai-siyasi vəziyyət, daxili çəkişmələr, bir-birinə xəyanət edən silahlı birləşmələrin bəd əməlləri torpaqlarımızın itirilməsi ilə nəticələndi. Zəngilan da digər rayonlarımız kimi xəyanətin qurbanı oldu. Artıq bu gün deməyə əsas verid ki, Ümummilli lider Heydər Əliyevin  siyasi davamçısı cənab Prezident İlham Əliyevin  apardığı daxil və xarici siyasəti nəticəsində müstəqil  Azərbaycan Respublikasının Milli ordu quruculuğu siyasətini uğurla həyata keçirməsi və qüdrətli  ordumuzun möhkəmləndirilməsi istiqamətində əməli fəaliyyəti göz qabağındadır. Bunu əminlikdə deyə bilərik ki,  son aprel döyüşlərində  ordumuzun  nəyə qadir olduğunu nəiki ermənistan bütün dünya gördü . İdi ermənistan hakimiyyəti Azərbaycan ordusunun nəyə qadir olduğunu çox yaxşı bilir. Biz inanırq ki, torpaqlarımızın işğalıdan azad olması elədə uzaqda deyil istər sülh istərsə də müharibə yolu ilə
Sonda tədbir işrtakçılarına Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış buraşuralar paylanılmışdır.

Keçidlər