Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA “QADIN HÜQUQLARI: MƏİŞƏT ZORAKILIĞI” MÖVZUSUNDA SEMİNAR

27 oktyabr 2016 | 16:00

27-28 oktyabr 2016-cı il tarixlərdə Masallı şəhər “Masallı” otelində “Qadın hüquqları, məişət zorakılığı” mövzusunda seminar keçirilmişdir.
  Seminar Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində “Qadın hüquqları” layihəsi əsasında reallaşmışdır.
İki günlük seminara ərazi nümayəndələri, hüquq-mühafizə və təhsil işçiləri, ağsaqqal və ziyalılar, rayonunictimai-siyasi həyatında fəal iştirak edən qadınlar qatılmışdır.
“Qadın hüquqları” layihəsinin əməkdaşı Gülər Səfərova, ekspert, AQUPDK-nin hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanovun apardığı seminarda bildirilmişdir ki, məqsəd qadınların cəmiyyətdə rolunun artırılması, sosial statuslarının yüksəldilməsi və məişət zorakılığı ilə davamlı mübarizənin aparılmasının təmin olunmasıdır.
Seminarda “Azərbaycan Respublikasında məişət zorakılığının qarşısının alınmasına dair Qanunvericilik Toplusu” və “Qadın hüquqları üzrə bələdçi” kitabı metodiki vəsait kimi iştirakçılara paylanmışdır.

Keçidlər