Masallıda “Sənin davranışın–sənin sağlamlığındır” mövzusunda dəyirmi masa
28 oktyabr 2016-cı il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Sənin davranışın-sənin sağlamlığındır” zərərli vərdişlərə və narkomaniyaya qarşı mübarizə mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək gənclərimizə qarşıda duran məsələlər barədə məlumat verərək bildirdi ki, Bu gün bəşəriyyəti düşündürən, narahat edən ən ağrılı problemlərdən biri və ən başlıcası, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyadır bu bəlaya qarşı aparılan mübarizə metodlarından istifadə etməyin lazım olduğunu, bu sahədə ciddi addımların atılmasının, təbliğat işlərinin artıtılmasının vacibliyini diqqətə çatdıraraq vurğuladı ki, narkomaniya insanları ölümə doğru gedən yola aparır və bu yolda insanlar təkcə özlərini deyil, onlara aid olan bütün nemətlərini itirildiyini deyən Camal Manafov Bir daha bəşəriyyət üçün faciəyə çevrilən narkomaniyaya və digər zərərli vərdişlərə qarşı mübarizədə gənclərin fəal olmasının vacibliyini vurğuladı.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov , Masallı rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Emin Nüsrətov , Təhsil şöbəsinin metodisti Abbas Abbaszadə və başqaları çıxış edərək bildirdilər ki, hazırkı mürəkkəb şəraitdə narkomaniyaya qarşı mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, bu cür təhlükəli təzahürlərə qarşı barışmaz mövqeyinə və əməli köməyinə böyük ehtiyac vardır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən, mənşəyindən, vəzifəsindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir. Təəssüflə qeyd olunmalıdır ki, narkomanlığın sarsıdıcı nəticələri Azərbaycandan da yan ötməyib. Narahatlıq doğuran hal gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının artmasıdır. Cəmiyyəti bu bəladan xilas etmək, yeni nəslin sağlam böyüməsi, gələcəyimiz olan gənclərin bu yoluxucu xəstəliyə tutulmalarının qarşısını almaq dövlətimizin başlıca vəzifələrindən biridir və dövlətimizin daimi nəzarətində olduğunu vurğuladılar.
Tədbirin sonunda iştirakçılara movzuya uyğun olaraq bukletlər paylanılmışdır.