“FƏAL OL!” – bələdiyyə üzvü olan qadınların praktiki təlimatı
01 noyabr 2016-cı il tarixdə Masallı şəhər Gənclər Mərkəzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ), “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” (QBİU) İctimai Birliyi ilə birgə “Dayaq” mentorluq layihəsi çərçivəsində “Fəal ol!” mövzusunda bələdiyyə üzvü olan qadınların praktiki təlimatı keçirilmişdir.
Tədbirdə qonaqlardan əlavə rayonun qadın bələdiyyə sədr və üzvləri iştirak etmişdir.
AQUPDK-ninhüquqtəminatı şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə tədbirin qadınların yerliözünüidarəetmədə, ictimai həyatda iştirakını gücləndirmək və daha çox genderyönümlüidarəetməni təmin etmək məqsədi daşıdığını vurğulamışdır.
Seminar Almaniyanin Beynəlxalq Əməkdaşlıq Təşkilatınının nümayəndəsi, layihənin əməkdaşı FidanQasımova və ekspert-təlimçi Ruhəngiz Hüseynova tərəfindən davam etdirilmişdir. Təlim iştirakçılarına “Dayaq”Mentorluq layihəsinin komponentləri təqdim olunmuş, “Səmərəli ünsiyyət” praktiki təlimat kitabçası paylanmışdır.
Təlim qarşılıqlı fikir mübadiləsi ilə başa çatmışdır.