KOLATAN KƏNDİ ƏRAZİSİNDƏ SƏYYAR GÖRÜŞ-QƏBULU
Masallı rayon İcra hakimiyyəti başçısının səyyar qəbulu 2 noyabr 2016-cı il tarixdə Kolatan ərazisində keçirilmişdir.
Kolatan ərazisi Bala Kolatan və Bağıroba kəndlərini əhatə edir. Ərazinin mərkəzi Kolatan kəndidir. Əhalinin sayı 5230 nəfər, təsərrüfatın sayı 1476-dır. Pay torpaqları 612 hektardır. Ərazisində yerləşən 2 orta məktəbdə 589 şagirdlə 56 müəllim məşğul olur.
Ərazidə 1 həkim məntəqəsi, 1 EATS, 1 poçt, 1 kitabxana fəaliyyət göstərir.
Kolatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində təşkil olunmuş görüşü Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir.
Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov geniş nitqində rayonda müasir kənd təsərrüfatının bütün sahələri ilə bağlı söhbət aparmışdır. Kənd üçün əlverişli olan çayçılıqdan danışmışdır. Rayon rəhbərinin geniş və hərtərəfli şərhi, tövsiyə və məsləhətləri sakinlərdə böyük maraq yaratmışdır. Sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
Ərazi sakinləri Səyədulla İbrahimov, veteran müəllim Bağır Bağırov, Bəhlul Abdullayev və başqaları çıxış edərək son vaxtlar Masallı rayonunda və Kolatan kəndi ərazisində görülmüş işləri təqdir etmiş, kənd əhalisi adından ölkə Prezidenti cənab İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıq ifadə etmiş, kəndin daxili yollarının təmir olunmasını xahiş etmiş, işıq və qazın verilişində olan nöqsanların aradan qaldırılması yollarından danışmış, həmçinin şikayət və təkliflərini səsləndirmişlər.
Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdırmışdır. Rayon rəhbəri verilən təkliflərin nəzərə alınacağını qeyd etmiş, aidiyyatı idarə və müəssisələrə tapşırıqlar vermişdir.