Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “9 Noyabr Dövlət Bayrağı Günü” nə həsr olunmuş tədbir

04 noyabr 2016 | 16:00

04 noyabr   2016-cı il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Masallı  Dövlət  Regional Kollecinin birgə  təşkilatçılığı ilə  “9 Noyabr Dövlət Bayrağı  Günü” nə həsr olunmuş  yeniyetmə və gənclərdə dövlət rəmzlərinə hörmət hissinin gücləndirilməsi məqsədi ilə tədbir  keçirilib.
Tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi  Camal Manafov Azərbaycan Respublikasının üçrəngli Dövlət bayrağının ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən qəbul edildiyini, ikinci dəfə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildiyini, 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək həmin bayrağı Dövlət bayrağı elan etdiyini, ölkə başçısı cənab İlham Əliyevin isə 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi qeyd olunması ilə bağlı 2009-cu il noyabrın 17-də sərəncam imzaladığını söylədi. O, Dövlət bayrağının milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildiyini, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayrağın bizim azadlığımızı, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirdiyini diqqətə çatdırdı.
Tədbirdə Masallı Dövlət regional kollecinin direktoru Vidadi Nəzərov, Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Oktay Ağayev çıxış edərək, hər bir azərbaycanlı üçün üçrəngli bayrağımızın müqəddəs, mənəvi sərvət və inanc yeri olduğunu, vətənin gücünü, qüdrətini göstərdiyini vurğuladılar.
        Daha sonra tədbirdə Masallı Xalq Teatrının baş rejissoru Cəmaləddin Əliyevin rəhbərliyi ilə Masallı Dövlət regional kollecinin tələbələri tərəfindən hazırlanmış şer kompazisiyası nümayiş etdirildi
       Tədbirin sonunda  Masallı Dövlət Regional kollecinin müəllimi Hüseynova Dilarə Məmməd qızı  və Kollecin tələbələri Rzayeva Elnurə Rəfiq qızı, Nəzərli Ləman Qədir qızı, Mansurzadə Aida Əlizadə qızı, Əliyeva Türkanə Teymur qızı, Kərimli Məhəmməd Elman oğlu rayonda gənclər sahəsində keçirilən tədbirlərdə fəal iştraklarına və “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” münasibətilə Masallı rayon Gənclər və İdman idarəsi tərəfində fəxri fərmanlarla mükafatlandırılmışlar.

Keçidlər