Şriftin ölçüsü :

Saytın rəngi :

Qəni Bəxtəvər – 60

25 aprel 2013 | 15:00

24 aprel 2013-cü il tarixdə Masallı rayon Gənclər Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin üzvü şair, publisist Qəni Abusət oğlu Abdullayevin (Qəni Bəxtəvər) 60 illik yubileyi qeyd edilmişdir.

            Yubileyi giriş sözü ilə Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq yubliyarı təbrik etmiş və yubliyar haqqında xoş sözlərini söyləmişdir. RİH-nin başçısı çıxış edərək demişdir:

 Bu gün rayonumuzun ictimai-siyasi həyatında əlamətdar bir hadisə baş verir. RİH-nin təşəbbüsü ilə 1953-cü ildə Masallı rayonu Təzə Alvadı kəndində doğulub boya-başa çatan istedadlı şair, gözəl insan Azərbaycan Yazıçılar Biriliyin üzvü 50-dən çox kitabın (cənab Prezident İlham əliyevə həsr etdiyi “Dayaq olaq İlhama”, dini kitabı olan “Allahu Əkbər de”, Ulu öndər Heydər Əliyevə həsr etdiyi “Möhtəşəm qala”), 40-dan çox əsərin müəllifi (15 əsəri Masallı Xalq Teatrı tərəfindən səhnələşdirilərək tamaşaya qoyulmuşdur), “Vətən Media”, “Qızıl qələm”, “Qələbə Fondu” kimi yüksək mükafatlar laureatı,  Qəni Bəxtəvərin 60 illik yubileyinə həsr olunmuş tədbirə toplaşmışıq. Qəni Bəxtəvər haqqında yadda qalan ən unudulmaz xatirə isə 05 oktyabr 1998-ci ildə Ulu öndər Heydər Əliyev qarşısında odlu alovlu çıxışıdır.

Ulu öndərimiz Heydər Əliyev deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”... Qəni Bəxtəvər də belə müəllimlərdən biridir.

Mən istedadlı şair, görkəmli ziyalı, təcrübəli müəllim Qəni Bəxtəvəri öz adımdan, bütün Masallılar adından təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, elmi-pedaqoji fəaliyyətində uğurlar arzu edirəm.

Sonra tədbir iştirakçılarından rayon İcra hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı, Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev, ağsaqqal-ziyalı Ələşrəf Niftiyev və başqaları çıxış edərək yubliyarın həyat və yaradıcılığından danışmış və yubliyara ən xoş arzularını çatdıraraq ona uzun ömür, cansağlığı, işlərində yaradıcılıq uğurları arzulamışlar.

Tədbirin sonunda Masallı şəhər Mədəniyyət evi yubliyarın şərəfinə öz musiqi töhfəsini verərək böyük konsert təşkil etmişdir.

Keçidlər