Masallıda Dövlət Bayrağı Günü və Konstitusiya Günü qeyd olundu
08 noyabr 2016-cı il tarixdə Masallı şəhər Bayraq Meydanında 9 noyabr-Bayrağı Günü və 12 noyabr Konstitusiya Günü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları ilk öncə Masallı şəhər Heydər Əliyev parkında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, icra hakimiyyəti aparatının kollektivi, YAP rayon təşkilatı idarə heyətinin üzvləri, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və minlərlə rayon sakini iştirak etmişdir.
Bayram tədbiri Masallı rayon İcra hakimiyyətinin başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarovanın məruzəsi ilə başlanmışdır.
A.Qafarova vurğulamışdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra yaranan Azərbaycan SSR-in bayrağı 5 dəfə dəyişdirilsə də üçrəngli milli bayrağımız xalqımızın qəlbində hər zaman yaşayıb. Müasir Azərbaycanın qurucusu, Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli milli bayrağımızın ilk dəfə 1990-cı ildə Naxçıvanda dalğalandığı, nəticədə 1991-ci ildə Azərbaycan Ali Soveti tərəfindən dövlətin əsas atributu kimi qəbul edildiyi xüsusi vurğulanıb.
Tədbirdə Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik ənənələrinin ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirildiyi, hər il 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi qeyd olunmasının, Dövlət Bayrağı Meydanının tikilib istifadəyə verilməsinin və burada dünyada ən hündür bayraq dirəyinin ucaldılmasının bunun bariz nümunəsi olduğu qeyd edilib.
Tədbirdə həmçinin dünya tarixində ilk şifahi və yazılı qanunların necə yaranmasından, Azərbaycan ərazisindəki dövlətlərin qanunlarından, Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal bəyannaməsindən və Azərbaycan SSR konstitusiyasından, Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan və xalqın müzakirəsinə verildikdən sonra 1995-ci ilin noyabr ayının 12-də ümumxalq referendumu ilə qəbul edilən Azərbaycan Konstitusiyasından ətraflı bəhs edilıb. 1996-ci ilin fevralın 6-da H. Əliyevin imzaladığı sərəncama əsasən hər il 12 noyabr tarixinin Konstitusiya günü kimi qeyd edilməsinin ölkəmizin əsas qanununa hörmət və ehtiramın nümunəsi olduğunu vurğulanıb.
Məruzə ətrafında Binə Xocavar kənd orta məktəbinin müəllimi Ülvi Rufullayev, “Qadın Resurs Mərkəzinin üzvü Nərmin Dəyyanova çıxış ediblər.
Sonda Masallı rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivi, Masallı şəhər heydər Əliyev Mərkəzinin rəqs kollektivi və Masallı Dövlət Regional Kollektivi müxtəlif çıxışlara tədbirə rəng qatmışlar.