Şriftin ölçüsü :

Saytın rəngi :

“DÜNYƏVİ DÖVLƏTDƏ DİN: AZƏRBAYCAN MODELİ” MÖVZUSUNDA SEMİNAR

10 noyabr 2016 | 16:00

10 noyabr 2016-cı il tarixində Masallı şəhər Gənclər Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Dünyəvi dövlətdə din: Azərbaycan modeli" mövzusunda seminar keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin, DQİDK-nin məsul işçiləri, ağsaqqallar, dini icma sədrləri və gənclər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan DQİDK Masallı bölgəsinin sədri Miryəhya Bədirov rayondakı mövcud dini durum və bu sahədə görülmüş işlər barədə məlumat vermiş, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi strateji kurs nəticəsində Azərbaycanın dünyada ən tolerant ölkə, müxtəlif dinlərin birgə fəaliyyət göstərdiyi məkan kimi tanındığını bildirmişdir.
Seminarda DQİDK-nin dini qurumlar üzrə iş şöbəsinin müdiri Əliheydər Zülfüqarovun mövzu ilə bağlı məruzəsi dinlənilmişdir. Natiq bildirmişdir ki, bu gün Respublikamızda insan hüquq və  azadlıqlarının bərqərar olmasına, milli-mənəvi dəyərlərimizin  qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə  böyük önəm verilir. Dövlət-din münasibətlərinin tənzimlənməsi  prinsipləri təsbit olunub, dini etiqad azadlığı ilə bağlı hüquqi-normativ aktların icrasının təmin olunmasına  nəzarət edilməsi, milli-mənəvi abidələrimizin bərpası və qorunması istiqamətində mühüm tədbirlər həyat keçirilib. Birmənalı demək olar ki, Azərbaycanda qəbul edilən qanunlar və normativ hüquqi aktlar  bütövlükdə əqidə azadlığını təmin edir,  dövlətlə dini qurumlar arasındakı münasibətləri qanun çərçivəsində tənzimləmək  üçün hüquqi əsas yaradır.
MƏSQ veteranlar təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, Masallı Xalq Teatrının rəhbəri Camaləddin Əliyev və başqaları ölkəmizdə qarşıdurma yaratmağa çalışan qüvvələrə qarşı mübarizədə hamının sayıqlıq göstərməsinin vacibliyini vurğulamışlar.
Sonda seminar iştirakçılarının sual və təklifləri dinlənilmişdir.

Keçidlər