Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLI MƏKTƏBLİLƏRİ “ÖLKƏMİZİ TANIYAQ” TUR-AKSIYASINA QOŞULUBLAR

12 noyabr 2016 | 16:00

12 noyabr 2016-cı il tarixində Masallı rayonunun bir qrup məktəblisi “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində start götürən növbəti maarifləndirici tur-aksiyaya qoşulublar.
Masallı şəhər Heydər Əliyev Mərkəzinə toplaşan Masallı Rayon İcra hakimiyyətinin, rayon təhsil şöbəsinin məsul işçiləri, valideynlər, müəllim və məktəblilər əvvəlcə burada ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər düzüblər.
Şəhər və kənd məktəblərinin 40 nəfər şagirdindən ibarət qrup Gəncə-Göygöl-Şəmkir marşrutu üzrə maarifləndirici 4 günlük (12-15 noyabr) tur-aksiyada iştirak edəcək.
Məktəblilərin yolasalma mərasimi Masallı şəhər Bayraq Meydanında davam edib. Yolasalma mərasimində iştirak edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova bildirib ki, məktəblilər tur-aksiyanın gedişatı ilə bağlı tam təlimatlandırılıblar. Məktəbliləri 4 müəllim və bir həkim müşayiət edir. Qeyd olunub ki, layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Masallı məktəblilərinə qoşulan Lənkəran, Astara, Yardımlı və Lerik məktəbliləri də tur-aksiyanın təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Heydər Əliyev Mərkəzinin rəqs qrupunun ifası ekskursiyaya yola düşən şagirdlərin əhval-ruhiyyəsinə xoş ovqat qatıb.
Sonra tur-aksiya iştirakçıları avtobuslarla Gəncə şəhərinə yola düşüblər.

Keçidlər