Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Şəhidini son mənzilə yola saldı

16 noyabr 2016 | 16:00

15 noyabr 2016-cı il tarixdə cəbhənin Fuzuli rayonu istiqamətində gedən döyüşdə xidməti vəzifələrini yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Masallı rayonunun Böyük Xocavar kənd sakini Məlikov Aqil Qismət oğlu şəhid olub.
Şəhid  Aqil Qismət oğlu Məlikov  oğlu 12 avqust 1990-cı ildə Masallı rayonu Böyük Xocavar  kəndində anadan olmuş, 2008-ci ildə Masallı rayon Hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır. Aqil Məlikov  2010-cu ildə həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət etmək üçün könüllü olaraq 2011-ci il martın 12-dən Füzuli rayonu "N" saylı hərbi hissədə xidmətini gizir kimi davam etmişdir. 
Dəfn mərasimində Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanları rəhbərləri, ziyalılar, ağsaqqallar, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, yüzlərlə rayon sakini iştirak etmişdir.
Aqil Məlikovun cənazəsi axşam saatlarında, böyüyüb boya-başa çatdığı Masallı rayonu Böyük Xocavar  kəndindəki yaşadığı evə gətirilmiş, Şəhidlə son vida mərasimi keçirilmiş və Şəhidin nəşi Böyük Xocavar  kənd  qəbiristanlığında dəfn edilmişdir.
Dəfn mərasimində Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, Qafqaz Müsəlmanları İdarəsinin sənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, Böyük Xocavar  kənd tam orta məktəbinin direktoru Abusət Zeynalov, Banbaşı kənd bələdiyyəsinin sədri Böyükxan Rəhimov, "N" saylı hərbi hissənin şəxsi heyəti üzrə müavini Seymur Həbibullayev və başqaları çıxış etmişlər.
Şəhid torpağa tapşırılarkən Silahlı Qüvvələrin əsgərləri havaya yaylım atəşi açmışlar.
Azərbaycanın üçrəngli bayrağı şəhidin atasına təqdim edilib.
Allah rəhmət etsin!
Qeyd edək ki, ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra təltif edilməsi üçün "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalına təqdim olunub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Keçidlər