Akademik Zərifə Əliyevanın 90 illik yubleyinə həsr olunmuş vətəndaşların səyyar müayinəsi keçirilmişdir
25 aprel 2013 | 15:00
24.04.2013-cü il tarixdə Masallı rayonunun Boradigah qəsəbə sahə xəstəxanasında Akademik Zərifə Əliyevanın 90 illik yubleyinə həsr olunmuş vətəndaşların səyyar müayinəsi keçirilmişdir. Tədbirdə Masallı Rayon Mərkəzi Xəstəxanasının həkim mütəxəssisləri - cərrah, nevropotoloq, terapevt, kardioloq, dermatoveneroloq, həkim laborantlar iştirak etmişlər. Ümumilikdə 452 nəfər rayon sakini müayinədən keçirilmiş və aşkar edilən xəstəliklər profil üzrə müalicəyə cəlb edilmişdir.