Masallıda Boks idman növü üzrə rayon birinciliyi
14-15 noyabr 2016-cı il tarixlərdə Masallı Boks Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə “17 noyabr-Milli Dirçəliş Günü” və Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümünə həsr olunmuş boks idman növü üzrə yeniyetmə və gənclər arasında rayon birinciliyi keçirilmişdir.
Yarışın əsas məqsədi Rayonda boks idman növünə olan marağı daha da artırmaq idmançılarda hərbi vətənpərvərlik ruhunu yüksəltmək və vətənə məhəbbət hissinin gücləndirilməsi olmuşdur.
Yarışın açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək 17 noyabr-Milli Dirçəliş Günü və Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü münasibəti ilə idmançıları təbrik etmiş və Ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı cənab Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qyğıdan danışmışlar.
Sonra 10 çəki dərəcəsində 75 nəfər yeniyetmə və gənc idmançıların iştrakı ilə keçirilən yarış olduqca gərgin və maraqlı mübarizə şəraitində keçirilmişdir. İki gün davam edən yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı tərəfindən diplom və medallarla mükafatlandırılmışlar.