Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Ümumdünya Uşaq Hüquqları günü”nə həsr olunmuş tədbir

19 noyabr 2016 | 16:00

19 noyabr 2016-cı il tarixdə Masallı şəhər “ASAN həyat” kompleksində “Ümumdünya Uşaq Hüquqları günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Təhsil Nazirliyi, “ASAN xidmət”, “ASAN Könüllüləri” Təşkilatı, “BİR” Tələbə Könüllülərinin təşkilatçılığı və Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.
Tədbirin rəsmi hisəsində Masallı RİHB-nın müavini Aybəniz Qafarova, Təhsil Nazirliyi Uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Ayla Həsənova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Regional şöbəsinin müdiri Zöhrab Həsənov çıxış edərək uşaqlara günün mahiyyəti ilə bağlı məlumat veriblər.
“ASAN məktub” layihəsi vasitəsi ilə vətəndaşlar tərəfindən öhdəliyə götürülmüş Masallı rayonunda yaşayan az təminatlı, valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud olan 52 uşağın istək məktubları reallaşdırılıb, həmçinin Təhsil Nazirliyinin “BİR” Tələbə Könüllüləri tərəfindən onlara əlavə hədiyyələr təqdim olunub.
Eyni zamanda tədbir çərçivəsində ASAN Kinoklubda cizgi filmi nümayiş olunub. Təhsil Nazirliyi tabeliyində olan uşaq yaradıcılıq mərkəzlərinin rəqs kollektivləri uşaqlar qarşısında rəqs nömrələri ilə çıxış ediblər.
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd Masallı rayonu və kəndlərində yaşayan sosial həssas təbəqədən olan uşaqların istək məktublarına cavab olaraq hədiyyələrin çatdırılması, uşaq hüquqları ilə bağlı məlumatın verilməsi, onlarda təhsilə, şəxsi inkişafa həvəs oyatmaq, onlar üçün xoş və yadda qalan bir gün təşkil etməkdir.

Keçidlər