Masallıda “ QİÇS/HİV və digər yolxucu xəstəliklər” mövzusunda maarifləndirici tədbir
25 noyabr 2016-cı il tarixdə masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “QİÇS/HİV və digər yolxucu xəstəliklər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov açaraq hər bir gənci salamlayaraq, bildirdi ki, XXI əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük bəlalardan biri də QİÇS problemidir.Ölkəmizdə bu xəstəliklə mübarizə tempi günü-gündən artmaqdadır. Azərbaycan QİÇS-lə mübarizə üçün bütün vasitələrdən istifadə edərək təbliğat fəaliyyətini gücləndirir. Əhali, o cümlədən cəmiyyətin gələcəyi hesab olunan gənclər arasında maarifləndirmə tədbirləri həyata keçirilir.Xüsusilə gənclər bu mübarizədə səylərini birləşdirməyə çalışmalıdırlar. Bu yolda hər bir gənc üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir .
Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Oktay Mütəllimov, Təhsil şöbəsinin metodisti Abbas Abbaszadə çıxış edərək gənclərə QİÇS və onunla mübarizə üsulları barədə danışıblar.
Sonda tədbir iştirakçılarına müzakirə olunan mövzuya dair bukletlər paylanıb.