Şriftin ölçüsü :

Saytın rəngi :

GÜLLÜTƏPƏ ƏRAZİSİNDƏ SƏYYAR GÖRÜŞ

25 aprel 2013 | 15:00

Masallı rayon İcra hakimiyyəti başçısının səyyar qəbulu 24.04.2013-cü il tarixdə Güllütəpə ərazisinin Tatyanoba kəndində keçirilmişdir. Güllütəpə ərazisi Güllütəpə, Əmirtürbə, Tatyanoba,  Yeni Zuvand, Köhnə Zuvand və Yolağac yaşayış məntəqələrini əhatə edir. Ərazinin 6665 nəfər əhalisi və 1523 ha torpaq sahəsi vardır.

Həmçinin ərazidə 2 tam orta məktəb, 4 ümumi orta məktəb, 2 tibb 1 həkim məntəqəsi, 3 kənd klubu, 1 EATS və 1 kənd poçtu fəaliyyət göstərir.

Güllütəpə ərazisində təşkil olunmuş görüşü Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. Sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.

Kənd ağsaqqallarından Qurbanqulu Qurbanov, Həsənbala Bünyadov kənd ziyalılarından Abbasquliyev Eynulla, Məmmədəli Əlinağıyev kənd sakinlərindən Qulamhüseyn Səmədov, Mirbaba Mürsəlov və başqaları  çıxış edərək əraziyə yaşıllığın salınması məqsədilə ağacların əkilməsinə, ərazidə 4 istirahət yerinin tikilməsinə, Yolağac-Köhnə Zuvanda kəndləri arasındakı yolun təmir edilməsinə, Köhnə Zuvand kəndində yeni məktəb binasının tikintisinə başlanılmasına, ərazidə həkim məntəqəsinin tikintisinə Yapon səfirliyindən icazə alınmasına, kənd ara yollarının təmir olunmasına və tatyanoba kəndində yerləşən Tarix –diyarşünaslıq muzeyinə mebel dəstinin verilməsinə görə kənd əhalisi adından ölkə prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Sonra sakinlər kənd ara yollarının təmir edilməsinə, ərazidə yararsız elektrik dirəklərinin dəyişdirilməsinə, ərazidə yeni EATS binasının tikintisinə, ərazidə örtülü istirahət yerinin tikilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.

Keçidlər