Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “1-Dekabr Ümumdünya QİÇS-lə mübarizə günü” ilə əlaqədar tədbir

01 dekabr 2016 | 16:00

01 dekabr 2016-cı il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin  və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə “1-  Dekabr Ümumdünya QİÇS-lə mübarizə günü” ilə əlaqədar olaraq yeniyetmə və gənclər arasında “QİÇS-in qurbanı olmamaq səndən aslıdır” devzi altında maarifləndirici tədbir keçirilib
Tədbiri  giriş sözü ilə Masallı rayon gənclər və İdman İdarəsinin rəisi  Camal Manafov  açaraq, bildirdi ki, hər il dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü qeyd edilir. “İİV-infeksiyası/QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir.  AİDS və narkomaniyanın insanlara, xüsusilə gənc nəslə vurduğu zərərdən danışan. İdarə rəisi narkomaniya ilə mübarizə sahəsində görülən işlərdən və keçirilən tədbirlərdən söhbət açaraq qeyd etdi ki, bu işdə təkcə dövlət strukturları deyil, cəmiyyətimiz də fəal iştirak etməlidir. Ölkəmizdə gənc nəslə həmişə böyük qayğı ilə yanaşıldığını bildirən Camal Manafov  Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən dövlət siyasətindən danışıb.Narkomaniyaya qarşı mübarizədə daha səmərəli nəticələrə nail olmaq, gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalı, bu sahədə milli mənəvi dəyərlərin təbliğinə xüsusi fikir verilməli olduğunu vurğuladı.  
     Tədbirdə Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov, Masallı rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Emin Nüsrətov, Mərkəzi xəstəxananın həkim-hemotoloqu Azər Rzayev  çıxış edərək QİÇS xəstəliyinin dünyanın digər ölkələrində olduğu kimi Azərbaycanda da yayılan, hər kəsi düşündürən aktual məsələlərdən olduğunu bildirdilər. Bu infeksiyanın qarşısını almaq məqsədilə dünyada maarrifləndirici tədbirlərin keçirildiyini qeyd edərək bildirdilər ki, Rayonumuzda da  bu istiqamətdə ənənəvi tədbirlərin keçirilməsi yeniyetmə və gənclərin sağlamlığına göstərilən diqqət və qayğının nəticəsidir.

Keçidlər