KALİNOVKADA ŞƏHİDLƏRİN DOĞUM GÜNÜ TƏDBİRİ KEÇİRİLDİ
02 dekabr 2016-cı il tarixdə S.Hacıyev adına Kalinovka kənd orta məktəbində şəhid Sehran Hacıyev və Nurlan Əsgərovun doğum günləri ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Masallı RİHB aparatının məsul işçiləri, kənd sakinləri, ağsaqqal və ziyalılar, şəhid valideynləri, müəllim və şagirdlər iştirak etmişlər.
Tədbir iştirakçıları öncə şəhidlərin məzarları üstünə gül dəstələri qoymuş, xatirlərini ehtiramla yad etmişlər.
Tədbiri giriş sözü ilə Masallı RİHB-nin Kalinovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Alim Ələmov açmış,şəhidlərin keçdiyi qısa,lakin şərəfli ömür və döyüş yollarından danışmışdır.
Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Masallı RİHB-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qəşəm Hadıyev respublikada şəhidlərin xatirəsinə, şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan söz açaraq bu mənada Masallı rayonunun seçilən bölgələrdən olduğunu bildirmişdir.
Masallı RTŞ-nin metodisti Gülağa Məmmədov, “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev şəhidlərimizin həyatının böyüməkdə olan gənc nəslə örnək olduğunu vurğulamışlar.
Kalinovka kənd tam orta məktəbinin direktoru Hamil Qənbərov, müəllimlər Rəfiqə Əliyeva, İttifaq Rzayev, Şəkər Əsgərova, Kamil Babayev, Oqtay Həsənov Kalinovka gənclərinin,eləcə də şəhidlərinin Qarabağ savaşında göstərdikləri şücaətdən, gənc nəslin vətənpərvər ruhda böyüməsi ücün görülən işlərdən, şəhid valideynləri Bayram və Ziba Əsgərovlar, Cəbrayıl Bəqəliyev, Qələmirzə İbrahimov, şəhid S.Hacıyevin qardaşı Əlicavad Hacıyev, şəhid İslam Abışovun döyüş yoldaşı Qalib Əliyev Ulu öndərin şəhidlərə verdiyi yüksək qiymətdən,ölkə Prezidenti İlham Əliyevin şəhid ailələrinə və müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan danışmışlar.
Anım tədbirinin sonunda məktəblilərin ifasında şəhidlərə ithaf olunmuş seirlər, nəğmələr səslənmiş,hazırladıqları kompozisiya iştirakçılara təqdim olunmuşdur.