Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA “BEYNƏLXALQ ƏLİLLƏR GÜNÜ” QEYD EDİLDİ

03 dekabr 2016 | 16:00

03 dekabr 2016-cı il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşları, əlaqədar təşkilatların nümayəndələri və əlillər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Masallı RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova qeyd etmişdir ki,  Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə əlillərin sosial müdafiəsi,  onlarınhəyatına, sağlamlığına dövlət dəstəyi sosial siyasətdə öncül məsələyə çevrilmişdir. Bu gün dövlət başçısı İlham Əliyev əlillərin ehtiyaclarına və problemlərinə, onların cəmiyyətə tam qovuşması üçün maksimum əlverişli şərait yaradılmasına daim diqqət yetirir.
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin müdiri Arzuman Hüseynov, Əlil Qadınlar Cəmiyyəti Masallı rayon şöbəsinin sədri Əminə Abıyeva, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Cəmiyyətinin sədri Nahid Rəhimov və başqaları hər il bu kateqoriyadan olan vətəndaşların pensiya və müavinətlərinin artırılması, onların sosial-məişət və mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə ölkəmizdə ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayıb, bu sahədə görülən işlərdən bəhs edərək rayonda yaşayan əlillərin sosial problemlərinin həllinə diqqət artırıldığını vurğulayıblar. Çıxış edənlər bildiriblər ki, Masallıda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 76 mənzilli üç yaşayış binası tikilərək istifadəyə verilib, 5 nəfər üçün fərdi evlər inşa olunub, 2 nəfər üçün isə növbəti ildə tikiləcək. 6 yaşayış məntəqəsində əlillər üçün inşa edilən fərdi yaşayış evlərinin tikintisi tamamlanmaq üzrədir, ilin yekununda təhvil veriləcək. 70 Qarabağ əlili mənzil növbəsindədir. Bu günəcən 63 əlilə pulsuz avtomobil verilib.
Əlillər İlahə Əlibəyli, Sücayət Cəbiyev, Səkinə Bağırova, Nurlan Quliyev, Kamilə Xəlilova və başqaları onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına və rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Tədbir iştirakçıları Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən əlilliyi olan şəxslərin VII Beynəlxalq ümumrespublika baxış müsabiqəsində mükafatlanan Camaləddin Əliyev və Emin Şahbazovu təbrik etmişlər.
Bayram süfrəsi ətrafında Əlillər gününə həsr edilmiş tədbir rayonun bədii özfəaliyyət kollektivlərinin çıxışı ilə davam etdirilib.

Keçidlər