Masallı tələbələri Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər
09 dekabr 2016-cı il tarixdə Masallı şəhər Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilmişdir.
Masallı Dövlət Regional Kollecinin keçirdiyi tədbirdə tələbələrlə yanaşı YAP Masallı Rayon Təşkilatının fəalları, rayon ictimayyətinin nümayəndələri, ziyalılar, veteranlar, məktəblilər, KİV nümayəndələri də iştirak erdirdilər.
Tədbiri giriş sözü ilə açan Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov demişdir ki, biz ulu öndərə müstəqil Azərbaycanın memarı və qurucusuna dərin hörmət və ehtiramdan, sevgi və məhəbbətdən doğan fikir və düşüncələri bölmək üçün bura toplaşmışıq.
"Əbədiyaşar xilaskar, müdrik rəhbər, ulu öndər" məruzəsi ilə çıxış edən Masallı Dövlət Regional Kollecinin müəllimi Dilarə Hüseynova ulu öndərin zəngin həyat və fəaliyyətinin müxtəlif anlarına diqqət çəkib bildirdi ki, siyasəti milli maraqlar üzərində qurulan Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir.
YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev ulu öndər Heydər Əliyevin gənclərə böyük qayğısından, onlara inamından danışıb bildrmişdir ki, Heydər Əliyev Azərbaycan gəncliyini Azərbaycan dövlətinin gələcəyi adlıandırırdı. Natiq gəncləri bu etimada əməli işlə cavab verməyə, Heydər Əliyev ideyalarına sədaqətli olmağa, Prezident İlham Əliyev ətrafında sıx birliyə çağırdı. S.Əliyev Heydər Əliyev irsinin təbliğində fəal iştirakına görə kollecin iki tələbəsinə YAP Masallı Rayon Təşkilatının Fəxri Fəırmanını təqdim etdi.
Masallı Dövlət Regional Kollecinin tələbəsi Ləman Nəzərlinin çıxışında ulu öndərə sədaqət ifadə olundu.
Masallı Dövlət Regional Kollecinin tələbələrinin ifasında Xalq şairi Zəlimxan Yaqubun "Ölümsüz həyat" kompozisiyası səsləndirildi.