Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anıldı

12 dekabr 2016 | 16:00

12 dekabr 2016-cı il tarixdə Masallı şəhər Heydər Əliyev Parkında Ümummilli Lider Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş ümumrayon anım tədbiri keçirilmişdir.
  Səhər saatlarından başlayan anım mərasimində rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, rayonun  hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəblilər, ziyalılar, II Dünya və Qarabağ müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak edərək Ulu öndər Heydər Əliyevin abidəsinin önünə təzə-tər gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla yad etmişlər, ruhuna dualar oxumuşlar.

   Anım mərasimdə iştirak edənlər Azərbaycan xalqının Ümummilli Liderini müstəqil Azərbaycanın qurucusu adlandıran sakinlər onun xalqın tarixində əvəzsiz rolunu dəyərləndirərək, bu ehtiramı dahi öndərə olan minnətdarlıqları ilə bildirmişlər.

Keçidlər