Babaser kənd həkim məntəqəsinin açılışı
14 dekabr 2016-cı il tarixdə Dünya Bankının maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Masallı rayonunun Babaser kəndində həkim məntəqəsi üçün yeni binanın açılış mərasimi olmuşdur.
Tədbirdə Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatı Elmira Axundova, mərkəzi rayon xəstəxanasının baş həkimi Cəlil Nəzərov və kənd sakinləri iştirak etmişlər.
Mərasimdə çıxış edən Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatı Elmira Axundova, mərkəzi rayon xəstəxanasının baş həkimi Cəlil Nəzərov, Masallı RİHB-nın Boradigah qəsəbə dairəsi üzrə nümayəndəsi Ələkbər Cəfərov, kənd ağsaqqalı Məhəmməd Abbasov, müəllim Pərvanə Tağıyeva və başqaları bölgələrdə sosial problemlərin həlli, ucqar kəndlərdə tibbi xidmətin səviyyəsinin ildən-ilə yüksəldilməsi istiqamətində Masallıda böyük işlərin görüldüyünü diqqətə çatdırmış, bunun üçün Prezident İlham Əliyevə və rayon rəhbərinə dərin minnətdarlıqlarını bildirmişlər, son illərdə rayonda səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda və kəndlərində gedən tikinti-abadlıq işlərinini geniş vesət almasından danışmışlar.
Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov lenti kəsərək həkim məntəqəsinin açılışını etmiş və otaqlarda yaradılmış şəraitlə tanış olmuşdur.
Həkim məntəqəsinin yeni binasının açılışı münasibətilə sakinləri təbrik edən icra başçısı burada çalışacaq tibb işçilərinə uğurlar arzulamışdır.