Masallıda növbəti diaqnostik qiymətləndirməyə başlanılıb
15 dekabr 2016 | 16:00
15 dekabr 2016-cı il tarixdən etibarən Masallı Olimpiya İdman Kompleksində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb.
Masallı Olimpiya Kompleksində təşkil olunmuş qiymətləndirmədə Şirvan, Hacıqabul, Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarının müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılır.
Keçirilən diaqnostik qiymətləndirmədə 13000-dək müəllim iştirak edəcəkdir.