Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda çoxmərtəbəli yaşayış binalarında təmir-bərpa işləri aparılır

16 dekabr 2016 | 16:00

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Masallı şəhərindəki çoxmərtəbəli yaşayış binalarında təmir-bərpa işlərinə başlanılıb.

Artıq bir neçə gündür şəhərin ərazisində ötən əsrin 80-90-cı illərində inşa edilmiş 30-a yaxın binanın dam örtüyündə və fasadında təmir-bərpa işləri davam etdirilir.

Eyni zamanda, yaşayış binalarının həyətyanı sahəsində sakinlərin istirahətini təmin etmək üçün yeni parkların salınması da nəzərdə tutulur.

İnşaatçılar təmir-bərpa işlərini qısa zamanda başa çatdırmaq üçün səylə çalışırlar.

Keçidlər