Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Erkən nikahlara yol vermə” devzi altında dəyirmi masa keçirilib.

21 dekabr 2016 | 16:00

21 dekabr 2016-cı il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı Erkən nikahların qarşısının alınması məqsədi ilə “ Erkən nikahlara yol vermə” devzi altında dəyirmi masa keçirilib.
      Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov tədbiri giriş sözü ilə açaraq bildirdi  ki, Ekən nikah doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə dövrümüzün mühüm və aktual problemi olaraq qalmaqdadır. Erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atır, boşanma hallarını artırır. Erkən nikah mühüm problemdir, çünki iki nəslin, həm indiki, həm gələcək nəslin nümayəndələrinə sağalmaz yaralar vurur.
        Tədbirdə çıxış edən  Masallı rayon gənclər və idman idarəsinin aparıcı məsləhətçisi Oktay Mütəllimov, Təhsil şöbəsinin metodisti Abbas Abbaszadə, və  Başqaları  belə halların kökündə savadsızlıq, adət və inanclar, sosial və maddi problem, mentalitet, oturuşmuş ənənə və s. dayandığından danışaraq, təklif etdilər ki, belə tədbirlər marifləndirmə məqsədi ilə mütamadi olaraq məktəblərdə keçirilsin.
  Tədbirin sonunda  iştrakçılara mövzuya uğun olaraq hazırlanmış pukletlər paylanıldı

Keçidlər