“Masallı Ziyalıları” ictimai birliyinin yığıncağı
23 dekabr 2016-cı il tarixdə Masallı Rayon Təhsil Şöbəsində “Masallı Ziyalıları” ictimai birliyinin yığıncağı keçirilmişdir.
Tədbirdə ziyalılar, təhsil işçiləri, Birliyin üzvləri iştirak etmişdir.
Yığıncağı giriş sözü ilə açan “Masallı Ziyalıları” ictimai birliyinin təsisçisi və sədri Qardaş Fətullayev iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti, Silahlın Qüvvələrin Ali Baş Komandanı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevi ad gün münasibətilə təbrik etmiş, Azərbaycanın inkişafı naminə ona uğurlar arzulamışdır.Birliyin sədri təşkilatın ötən müddətdəki fəaliyyətindən bəhs etmiş, birliyin fəal üzvlərini Fəxri fərmanla təltif etmişdir.
Birliyin 9 nəfərdən ibarət idarə heyəti seçilmişdir.
Birliyin təsisçisi və sədr müavinləri Mirqabil Hüseynov, Əbülfəz Nuriyev çıxış edərək Ulu öndərin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi müddətdə qazanılan uğurlardan geniş danışmış, bildirmişlər ki, “Masallı Ziyalıları” ictimai birliyinin üzvləri Prezident ətrafında sıx birləşmişlər.
Birliyin məqsədindən danışan çıxışçılar təşkilatın dövlətçiliyin inkişafına, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində fəaliyyət göstərəcəyinə əminliklərini bildirmişlər.