Şriftin ölçüsü :

Saytın rəngi :

HƏMRƏYLİK GÜNÜ VƏ YENİ İL ŞƏNLİKLƏRİ

26 dekabr 2016 | 16:00

26 dekabr 2016-cı il tarixində Masallı şəhər Mədəniyyət Mərkəzində 31 dekabr – Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə keçirilən bayram şənliklərinə start verilmişdir.
Masallı rayon İcra hakimiyyəti, rayon Mədəniyyət və turizm, eləcə də təhsil şöbəsinin birgə təşkilatçılığı ilə geniş tədbirlər planı çərçivəsində 31 dekabr – Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə keçirilən bayram şənliklərinə start verilmişdir.
10 gün (26 dekabr – 4 yanvar) davam edəcək tədbirdə rayonun müxtəlif ərazilərindən, ayrı-ayrı təhsil müəssisələrindən gələnlərə Mədəniyyət Evinin səhnəsində Şaxta baba və Qar qızın, xalq teatrı aktyorlarının, rayon incəsənət ustalarının iştirakı ilə bayram konserti təqdim olunacaq.

Keçidlər