Şriftin ölçüsü :

Saytın rəngi :

“Masallı ASAN məktəbli debat kuboku 2016” qalibləri mükafatlandırıldılar

26 dekabr 2016 | 16:00

26 dekabr 2016-cı il tarixdə Masallı ASAN Xidmət Mərkəzində “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin milli proqramı cərcivəsində Masallı məktəblilərinin şagirdləri ücün “Sosial  şəbəkələrdən istifadə gənclərin inskisafına müsbət təsir ədir”  mövzusunda  təşkil olunan  “Masallı ASAN məktəbli Debat kuboku 2016”-nin final yarışı keçirilmişdir.
Yarışda Masallı rayonu üzrə 12 tam orta məktəbdən 24 nəfər məşqçi müəllim və 74 nəfər şagird iştirak edib. Yarışın kecirilməsində əsas məqsəd gənclərin və yeniyetmələrin fərdi inkisafı, debat təlimləri vastəsi ilə məntiqi davamlılıq, araşdırma bacarığı, auditoriyaya emosional müraciət, bir sözlə, şagirdlərdə yetkin yaşlarında nafiqlik sənətini formalaşdırmaqdan ibarətdir.
          26 dekabr 2016-cı il tarixdə  Masallı ASAN Xidmət Mərkəzində təşkil olunan final yarışmasında Dəfinə məktəb lisəyinin şagirdləri 1-ci yerə, Çaxırlı kənd tam orta məktəbinin şagirdləri 2-ci yerə layiq görülüblər.
Qalib komanda “Masallı ASAN məktəbli debat kuboku 2016” kubokunu alıb.
Yarışda fərqlənən şagirdlər müxtəlif hədiyəllərlə mükafatlandırılıblar.

Keçidlər