Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda ərzaq məhsulları yarmarkası

28 dekabr 2016 | 16:00

28 dekabr 2016-cı il tarixdən başlayaraq Masallı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə “Xan çinar” ticarət mərkəzində yeni il qabağı ənənəvi ərzaq məhsullarının satış yarmarkası təşkil edilmişdir.
Yarmarkada rayonun ərazilərində  yetişdirilmiş kənd təsərrüfatı məhsulları, habelə sənaye obyektlərində istehsal edilmiş mallar çıxarılmışdır. Yarmarkada məqsəd yeniilqabağı bazarlara bol çeşiddə ucuz qiymətlərlə əhaliyə məhsul satmaqdır. Yarmarkada kəndlərdə yetişdirilmiş göy-göyərti, kartof, soğan sitrus və bostan məhsulları, toyuq, balıq, ət, mərcimək, lərgə, habelə kampot, turşuya qoyulmuş kələm, xiyar, bibər və s. çıxarılmışdır. Alıcılar qiymətlərin ucuzluğundan razı qalmışlar. Yarmarkadakı bütün məhsullar orta bazar qiymətindən ucuz satılmışdır.
Yarmarkada Qızılağac, Mahmudavar, Ərkivan, Şərəfə, Qodman, Qəriblər, Xırmandalı, Güllütəpə, Təklə ərazilərindən daha çox ərzaq məhsulları çıxarılmışdır.

Keçidlər