Şriftin ölçüsü :

Saytın rəngi :

SIĞINCAQ KƏNDİNƏ TƏBİİ QAZ VERİLDİ

29 dekabr 2016 | 16:00

29 dekabr 2016-cı il tarixdə Masallı rayonu Sığıncaq kəndinə təbii qazın verilməsi münasibəti ilə açılış mərasimi olmuşdur.
Tədbiri giriş sözü ilə Masallı RİHB-nin Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Oqtay Tağıyev açmışdır.
Masallı rayon İcra Hakimiyyətinin Başçısının müavini Nəsir Muxtarlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizin hər yerində olduğu kimi rayon ərazisində də geniş tikinti, abadlıq-quruculuq işlərindən, habelə ərazilərin sosial problemlərinin həllindən danışmışdır.
Sakinlərdən Əhliman Əliyev, Təhminə Hüseynova və başqaları çıxış edərək əraziyə təbii qaz verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə “Azəriqaz” İstehsalat Birliyi Lənkəran Regional Qaz İstismar İdarəsinin rəisi Rəfail Novruzov bildirmişdir ki, Sığıncaq kəndinin qazlaşdırılması üçün 23400 paqonometr müxtəlif diametrli borularla qaz xətləri çəkilmiş, hər bir evə fərdi qaz sayğacı quraşdırılmışdır.  Kənddə 477 ailəyə təbii qaz verilmişdir.
Tədbirdə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli alovlandırılmışdır. Qonaqların iştirakı ilə kənd sakini Sabir Əsgərovun evində qaz yandırılmışdır.

Keçidlər