Şriftin ölçüsü :

Saytın rəngi :

Yeddioymaq hesabat

12 yanvar 2017 | 16:00

12 yanvar 2017-ci il tarixdə Yeddioymaq ərazisində Masallı rayon İcra hakimiyyəti başçısının Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüqar Şükürovun hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağında məruzə ilə çıxış edən V. Şükürov qeyd etmişdir ki, Yeddioymaq ərazisi I Yeddioymaq, II Yeddioymaq və Qasımlı kəndlərini əhatə edir .Ərazinin ümumi sahəsi 1789 hektardır ,Əhalisi 5615 nəfər, Təsərüfatların sayı 1463 olmaqla 1081 yaşayış evi vardır. Ərazidə 14 ərzaq mağazası ,1 yanacaq doldurma mətəqəsi , 2 poçt şöbəsi, 1 tib məntəqəsi, 1 həkim məntəqəsi ,3 tam orta məktəb ,1 ates ,1 bankomat ,12 ferma , 3 iaşə obyekti (Çayçı) Fəaliyət göstərir .dövlət torpağı 106 hektardır bələdiyə mülkiyyəti 747 hektar bundan xususi mülkiyyət 852 ha həyatyanı sahə 84 ha -dır .  Masallı rayon İcra Hakimiyyəti Başçısının Yeddioymaq kənd inzibati ərazi nümayəndəliyi öz işini Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmişdir “ Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə“ni rəhbər tutaraq qurulmuşdur . Nümayəndəliyin Fəaliyyətinini özündə əks etdirən illik və rüblük iş planları hazırlanmasışdır  Hesabat ilində nümayəndəlikidə səlahiyyətləri çərçivəsində 71 sərəncam verilmiş.icrasından ötrü tədbirlər planı hazırlanmışdır .Nümayəndəlik sərəncamlarından irəli gələn vəzifələrin icrasına daim səy göstərilmişdir .Xüsusi qeyd etmək lazımdır ki, qanunsuz tikililərin ,az yaşlı qızıların erkən ailə həyatı qurulmasının qarşısının alınması ,qanunçuluğun qorunması , gənclərin həqiqi hərbi xidmətə çağırışı ilə bağlı verilmiş sərəncamların icrası daim diqqət mərkəzində saxlanılaraq həyata keçirilməsi təmin edilmişdir .   
Dövlətimiz hər zaman gənc nəsilin təlim -tərbiyəsinə diqqətlə yanaşır . Bildiyimiz kimi yetişməkdə olan nəsilin inkişafında təsil müəsələrinin müstəsina rolu vardır . Ərazidə 3 tam orta məktəb fəaliyət göstərir . Numayəndəlik tərəfindən “Təhsil haqqında “Qanunun yerinə yetiriməsinə nəzarət edilməklə şagirdlərin dərsə davamiyyətinə məktəb kolektivinə yaxından köməklik göstərilir Qasımlı tam orta məktəbində 187 şagirdin təlim tərbiyəsi ilə 24 müəlim , Yeddioymaq 2 saylı tam orta məktəbində 450 nəfər şagirdin təlim - tərbiyyəsi ilə 38 müəlim , 1 Yeddioymaq tam orta məktəbində 193 şagirdin təlim-tərbiyyəsi ilə 24 müəlim məşğul olur . Ərazi numayəndəliyində şagirdlərin dərsə davamiyyətini daim diqqət mərkəzində saxlamış məktəb direktorunun ,Müəlimlərin , Kənd içtimayətinin səylərinin birləşdirilmiş nəticəsində dərs ili boyu davamiyyətin 80-85 % civarında saxlanılmasına nail olsaqda , Hələ də şagirdlərin əksəriyyəti müntəzəm dərs məşğələlərinə davam etmir ,ya da təhsildən yayınmışlar . Valideyinlərə mütamadi əlaqələr ona əsas verir ki , Yaxın vaxlarda bu sahədə nöqsanlarımızı aradan qaldıraraq və şagirdlərin dərsə davamiyyətləri ilə bağlı göstəriciləri daha da yüksəldək . .2016-cü ildə ərazidən 20 nəfər ali məktəbə 5 nəfər orta ixtisas məktəblərinə daxil olmuşdur . İki şagirdimiz yüksək 660 bal toplayaraq . Tibb Univsitetinə daxil olmuşdur Ərazidə 1 həkim məntəqəsi və 1 tibb məntəqəsi fəaliyyət göstərir .Həkim məntəqəsində ali kataqoriyalı həkimlər və tibb işçiləri numunəvi tibb xidməti göstərilər . Həkim məntəqəsi tərəfindən hesabat ilində 1 yaşdan , 6 yaşa qədər uşaqlar arasında lazım olan peyvəndlər aparılmışdır .Bunun nəticəsində uşaqlar arasında göy ösgürək , Difteria , Hepotit , Tetanus ,və qızılca kimi xəstəliklər müşahidə olunmamışdır   Ərazi nümayəndəliyi gənclərin Milli Ordu sıralarına hazırlanıb yola salınmasında SHXÇK ---I ilə birgə fəaliyyəti nəticəsi uğurlu olsada hələ də hərbi xidmətdən 5 nəfər yayınmalara rast gəlinir .Cari ildə bu sahədə müəyyən işlər görülmüşdür .Diqqətinizə çatdırmaq istəyirəm ki, Qarabağ uğrunda döyüşlərdə 4 gəncimiz şəhid və 4 gəncimiz isə əlil olmuşdur .Şəhid ailələri və Qarabağ əliləri , çernobul iştirakçıları , Əfqanıstan müharibəsi vetranları və həmişə qayğı ilə əhatə olunur .Müqəddəs gün və bayramlarda Rayon icra hakimiyyəti tərəfindən onların xatirələri daima əziz tutulur , bundan sonra da onlara diqqətlə yanaşılacaqdır .   Ərazidə elektirik enerjisindən istifadə edən abanetlər tərəfindən sərf olunan enerji haqqlarının yığılmasında , olan çətinliklər aradan qaldırılsada , elektirik təsərrüfatındada çatışmamazlıqlar vardır . Elektirik dirəklərində və naqillərin yararsız halda olması xırda təbiət hadisələri baş verdiyi zaman qısaqapanmalar nəticəsində enerjinin verilməsində problemlər. Yaranmasına səbəb olur , Belə halların aradan qaldırılması üçün rayon EŞ -ə nümayəndəlik tərəfindən yaxından köməklik göstərilmişdir. Ərazidə əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır . Hesabat ilində xüsusi təsərrüfatlarda iri buynuzlu mal -qaranın sayi 2140 baş , xırda buynuzlu mal -qaranın sayı isə 2475 baş olmuşdur ki, buda keçən illərə nisbətdə artmışdır . Ərazidə 2016 -cü ilin məhsulu üçün yararlı olan 850 ha sahədən -595 ha sahədə əkin aparılmış , bundanda 350 - ha buğda , 140 -ha arpa .100 -ha yaxın tərəvəz əkini əkilmişdir ki , buda məqbul sayıla bilməz .Bələdiyyə mülkiyyətinə aid torpaq sahələri ayrı –ayrı vətəndaşlar tərəfindən zəbt edilərək qanunsuz istifadə olunmuş , yaşayış evləri tikilmişdir .  Yeddioymaq ərazisi üzrə evlərin sığortalanmasının məlumatlanmasında bütün evlərə bildirilmişdir .184 ev sığortalanmışdır .Bu proses davam edirilir . Ərazidə Yerləşən evlərin daşınmaz əmlakın qiymətləndirilməsi prosesində 167 evdə sənədləşmə işləri başa çatdırılmışdır . Yerlərdə baş verən hadisələr barədə gündəlik məlumat kitabında qeyd olunur və Rayon İcra Hakimiyyətinə Bildirilir . Ərazi üzrə il ərzində 69 hadisə olmuş və bu hadisələrin 8-si barədə məlumat vaxtında verilməmişdir .çalışacağıq ki ,növbəti ildə bu nöqsanlarımız olmasın .  YAP -na üzv olanların sayı günün –gündən artaraq 205 -nəfəri keçmişdir .Üzvülük haqların yığılmasında olan gecikmələri aradan qaldırılması üçün lazımı tədbirlər görülmüşdür . Əaridə 3 məccid fəaliyyət göstərir . Məscidlərdə fəaliyyət göstərən dini icma sədrləri ilə mütamadi əlaqələr saxlanılaraq xeyr və şər mərasimlərində israfçılığın qarşısının alınması üçün vətətndaşlarla söhbətlər aparılaraq hüzür mərasimlərin ərazidə 3 gün olmasına nail olmuşdur . Ərazi üçün 2016-cü il uğrulu il olmuşdur.
2016-cü ilin yadda qalan hadisələrdən biridə Azərbaycan Respublikasında keçirilən Referendum seçkiləri olmuşdur . Ərazi nümayəndəsi seçkilərin yüksək səviyyədə keçirilməsi üçün məntəqələrin lazimi avadanlıqlarla təhciz etmiş , səs vermə hüququ olanların siyahısı dəqiqləşdirilərək məntəqələrə verilmişdir .Ərazi sakinləri həmişə dövlətimizə və dövlətçiliyimizə sədaqətlərini nümayiş edirmişdir .  Gördüyümüz işlərlə yanaşı görəcəyimiz işlər və qarşıda duran vəzifələrimizdə çoxdur . Belə ki , ərazidə qaz xəttinin çəkilib başa çatdırılması yaxın günlədə bitəcək kənd ara yolların təmir edilməsi ,yararsız elektrik və rabitə dirəklərinin dəyişdirilməsi , kənd təsərrüfatı üzrə yeni əkinçilik strukturunun yaradılması, zəbt edilmiş torpaqların zəbtdən azad olunması .Qasımlı tam orta məktəbinin yeni binasının tikilməsi və bu kimi məsələlərin həlli qarşıda duran vəzifələrimizdir .
Biz ulu öndərimiz Heydər Əliyevin siyasi ənənələrinə sadiq qalaraq cənab Prezidentimiz İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyir qarşıya qoyduğu vəzifələrin icrası üçün bütün qüvvələrimizi səfərbərliyə alacağımıza əmin edirik , Çalışacağıq ki , bundan sonra da dövlətçiliyimizə sədəqətlə , kənd əhalisinə nümunəvi xidmət etməklə ümidləri doğruldaq .

Keçidlər