Şriftin ölçüsü :

Saytın rəngi :

Şərəfə hesabat

13 yanvar 2017 | 16:00

13 yanvar 2017-ci il tarixdə Şərəfə ərazisində Masallı rayon İcra hakimiyyəti başçısının Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Valeh Seyfullayevin hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağında məruzə ilə çıxış edən V. Seyfullayev qeyd etmişdir ki,  Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik mərkəzi Şərəfə kəndi olmaqla Şərəfə və Ağakişibəyli kəndlərini əhatə edir,ərazisi 1147 hektar,əhalinin sayı 4357 nəfər,təsərrüfatların sayı 1430  olmaqla  980  yaşayış  evi  vardır.
      Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi öz  işini Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 saylı fərmanı ilə təsdiq edilmiş “ Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq qurmuşdur.Görülən işlər illik və rüblük iş  planlarına əsasən müəyyən edilmiş müddətlərdə həyata keçirilmişdir.
      “Dövlət hakimiyyəti orqanlarında,idarə,müəssisə və təşkilatlarda kargüzarlığın aparılması qaydaları haqqında”təlimata və iş nomonkulaturasına uyğun olaraq nümayəndəlikdə qeydiyyat kitabları və sənədlərin  saxlanması üçün qovluqlar açılmışdır.     
      Şərəfə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 2016-cı ildə 64 sərəncam və 11 əmr  verilmişdir.Sərəncamların mövcud təlimatlara uyğun tərtib olunmasına ciddi fikir verilmiş və onların icrasına ardıcıl nəzarət edilmişdir.Sərəncamlar əsasən əhalini narahat edən problemlər,ərazinin sosial-iqtisadi inkişafı,təhsil,səhiyyə,abadlıq,tarixi günlər,milli  bayramların ərazidə keçirilməsi ilə əlaqədar olmuşdur.
     Azərbaycan Respublikası “Ailə” Məcəlləsinin tələblərinə uyğun olaraq nümayəndəlikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı aparılmışdır.Hesabat ilində ərazi nümayəndəliyində 52 doğum,15 nikah,23 ölüm faktı qeydə alınmışdır.Nikah qeydiyyatında müddət pozğuntuluğuna yol verilməmiş,nikaha girənlər tərəfindən rüsum haqları vaxtında ödənilmişdir.
    Ərazi nümayəndəliyi tərəfindən azyaşlı qızların erkən ailə həyatı qurmasının qarşısının alınmasından ötrü demək olar ki,mütəmadi tədbirlər həyata keçirilir,bu mövzuda məktəblərdə,ictimaiyyət arasında söhbətlər aparılmış,yığıncaqlar keçirilmişdir.Bunun nəticəsidir ki,ötən il erkən nigahlar olmamışdır.
    Təhsilin inkişafı hər bir cəmiyyətin əsas istiqamətini təşkil edir.”Təhsil Qanunu”-dan irəli gələn vəzifələrin yerinə yetirilməsi nümayəndəlik tərəfindən daim nəzarətdə saxlanılır. 
    Ərazimizdə bir tam orta məktəb fəaliyyət göstərir.Şəhid Qəhrəman İsmayılovun adını daşıyan Şərəfə tam orta məktəbində 621 şagirdin təlim tərbiyəsi ilə 57 müəllim məşğul olur.Tam əminliklə demək olar ki,şagirdlərin dərsə davamiyyəti qənaətbəxşdir. 2016-cı ildə 36 şagird 11-ci sinfi bitirmiş,onlardan 17 məzunumuz ali məktəblərə,2 nəfər məzunumuz isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur.İki məzunumuz isə 600 baldan yuxarı toplamışdır.Məktəbin qışa hazırlığı üçün müəyyən təmir işləri görülmüş,yanacaq tədarük olunmuşdur.Məktəb şagirdlərinin pulsuz dərsliklərlə təchiz olunması möhtərəm prezidentimiz cənab İlham Əliyevin təhsilə qayğısının təzahürüdür.Şagirdlərimiz vətənə məhəbbət,millətimizə sədaqət ruhunda tərbiyə olunur.
     Ərazimizdə fəaliyyət göstərən Şərəfə həkim məntəqəsi günün tələbləri səviyyəsində fəaliyyət göstərir. 2014-cü ilin may ayında Şərəfə kənd həkim məntəqəsi yeni tikilmiş binaya köçmüşlər.Bu tibb ocağında 16 nəfər həkim və tibb bacıları çalışır.Onlar vaxtı-vaxtında xəstələri dispanser uçotuna alır,profilartik tədbirləri aparır,məktəblilərin sağlamlıqlarını yoxlayır,yoluxucu xəstəlikləri vaxtında aşkar edib qarşısını layiqincə alırlar.Ötən il Şərəfə həkim məntəqəsi tərəfindən 350 uşaq peyvənd olunmuşdur.                Ərazimizdə üç qrupdan ibarət bir uşaq bağçası  fəaliyyət göstərir.Uşaqların təlim-tərbiyəsi ilə 15 nəfər işçi məşğul olur.Uşaq bağçasının fəaliyyəti qənaətbəxşdir.Belə ki,uşaqların davamiyyəti,onların isti yeməklə təmin olunması,istirahətlərinin düzgün keçirilməsi,təlim-tərbiyəsi günün tələbləri səviyyəsindədir.Bağçada uşaqların qayğısına qalmaq üçün demək olar ki,bütün avadanlıqlar alınmışdır.Lakin bu təlim ocağının əsaslı təmirə ehtiyacı var.
    Ərazimizdə 1 mədəniyyət evi,1 kitabxana  fəaliyyət ğöstərir.Mədəniyyət evində 4 nəfər,kitabxanada 2 nəfər işləyir.Kəndimizin mədəniyyət evində fəaliyyət göstərən “Həcər” halay ansamblı öz fəaliyyəti ilə nəinki rayonumuzda o,cümlədən Respublikada öz sözünü demişdir.Lakin kəndimizin mədəniyyət evinin hal-hazırki vəziyyəti çox pisdir.Təcili olaraq təmirə ehtiyacı vardır. 
     Kitabxanaya mütəmadi olaraq yeni kitablar daxil olunmuşdur.Kitabxana fəaliyyətinin yaxşılaşdırılması üçün ərazi nümayəndəliyin daim diqqət mərkəzində olmuşdur.    
  Vaxtı ilə ərazinin əvvəllər əsas problemlərindən olan əraziyə elektrik enerjisi və təbii qazın verilməsi problemi demək olar ki, həll edilmişdir.Ərazidə 900 elektrik energisi abunəçisi və 768 nəfər qaz abanenti var. Bütün evlərə elektrik və qaz sayğacları quraşdırılmışdır. Bir məsələni də xüsusi qeyd etmək istəyirəm ki,ərazidə olan elektrik dirəklərinin  vəziyyəti qənaətbəxş deyildir. Düzdür Şərəfə bələdiyyəsi tərəfindən bir neçə elektrik dirəyinin dəyişdirilməsinə nail olunub,ancaq bu azdır.
   Ərazidə 830 nömrəli 32-ATS fəaliyyət göstərir.350 internet istifadəçisi vardır.Orada 4 nəfər işləyir.Demək olar ki,ərazidə telefon problemi yoxdur.
      Respublikamızda aparılmış aqrar islahatı zamanı bizim ərazimizdə də torpaq sahələri kənd sakinlərinə adambaşına 0.22ha və 0.08 ha.olmaqla pay torpağı kimi verilmişdir.Bu vaxta qədər pay torpaqlarından kənd sakinləri səmərəli istifadə etmirdilər.Belə ki,yerlərdə İcra başçısı  Hörmətli Rafil müəllimin əhali ilə görüşü zamanı apardığı təbliğat nəticəsində kənd sakinləri daha çox gəlir gətirən bitkilərin əkininə başlamışlar.Sevindirici haldır ki,Hörmətli Prezident İlham Əliyev cənablarının Sabirabad rayonunda keçirdiyi müşavirədə Masallı rayon İcra hakimiyyət başçısı cənab Rafil Hüseynovun kənd təsərrüfatı sahəsində etdiyi yenilikləri müşavirə iştirakçılarına demişdir. 
    Hal-hazırda ərazi sakinləri 175 ha. buğda,20 hektar çiyələk,52 ha. vələmir ,25 ha. yonca əkilmişdir.Bundan başqa yazda bir çox bitkilərin əkilməsi nəzərdə tutulur.
          Dövlətimiz son zamanlar dünyada baş verən və hazırda davam edən iqtisadi böhranla əlaqədar kənd təsərrüfatı sektorunun inkişafına xüsusi önəm verir.Bu məqsədlə dövlətimiz kənd təsərrüfatı bitikəlirinin xüsusi ilə buğda,arpa,şəkər çuğunduru və digər bitkilərin əkilməsi üçün güzəştli şərtlərlə yanacaq və mator yağları,hər hektar üçün 90 manat pul yardımı verir.                  
       Qeyd etdiyimiz kimi əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir.Əhalinin xüsusi mülkiyyətində 1443 baş iri buynuzlu,2570 baş xırda buynuzlu mal-qara vardır.Ərazidə 4 maldarlıq ferması fəaliyyət göstərir.Bundan başqa 1 süd qəbulu məntəqəsi vardır.
      Ərazidə sahibkarlığın inkişafına da qayğı və diqqət göstərilir.Hazırda 8 mağaza,iki şadlıq sarayı,3 çayçı,4 məişət obyekti əhaliyə xidmət göstərir.Bundan başqa kəndin arxasında 9.5 hektar yerdə sahibkar tərəfindən pamidor  parniki tikilmiş,orada kənd sakinlərindən bir qrupu işlə təmin olunmuşlar.Bundan başqa kənd sakinləri sahibkarlar tərəfindən  20 hektar çiyələk əkilmişdir ki,il boyu orada  150     nəfər daimi işləyəcək.
       Ərazimizdə Dövlət pensiya təminatı ilə əhatə olunmuş 698 nəfər pensiyaçı var.5 şəhid ailəsi,15 Qarabağ müharibəsi veteranı, 8 tənha qoca vardır.DSMF-nun rayon şöbəsinin sosial xidmət işçiləri tərəfindən tənha qocaların məişət qayğıları daim diqqət mərkəzində saxlanılır.Rayon İcra Hakimiyyəti ,Bələdiyyə və ərazi nümayəndəliyi tərəfindən ötən il Dövlət bayramları ərəfəsində bu kateqoriyalı insanlara bayram sovqatı verilmişdir.
      Gənclərin hərbi xidmətə hazırlanması və yola salınması,ümumilikdə hərbi vətənpərvərlik sahəsində ərazimizdə ardıcıl iş aparılır.Belə ki,kəndin bir qrup ağsaqqalı,bələdiyyə və ərazi nümayəndəliyin təşəbbüsü ilə ərazimizdən hərbi xidmətə gedən gənc hərbi çağırışçılarla görüş keçirilmiş,onlara bu işdə uğurlar arzulanmış və hərbi xidmətə lazım olan bütün əşyalar alınaraq hədiyyə olunmuşdur. Bununla  əlaqədar  yeniyetmələrlə  o, cümlədən çağırış yaşlı  gənclərlə Qarabağ müharibəsi veteranları,Əfqanıstan müharibəsi iştirakçılarının görüşləri təşkil edilir.Qarabağ müharibəsində qəhrəmancasına  şəhid   olan   igid   oğlanlarımızın   keçdiyi həyat    yoluna  nəzər  salınır, onların  cəbhədə  göstərdiyi şücaətdən   bəhs olunur.Hər ilin fevralın  1-də şəhid Qəhrəman İsmayılovun anım ğününü kənd sakinləri və ziyalıları tərəfindən tən-tənəli surətdə qeyd olunur.  Məktəbimizi 20 il bundan qabaq qurtarmış məzunların öz vəsaitləri hesabına  kənd tam orta məktəbin həyətində 100 kvadrat metr sahəyə piltə döşəmişlər.Bundan başqa keçən il məktəbi bitirən şagirdlər məktəbin həyətində öz vəsaitləri hesabına bayraq meydanı tikmişlər.
    Rayon İcra Hakimiyyəti Başçısının Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi  ərazidəki ağsaqqallar,ziyalılar və fəalların gücündən istifadə etməklə işlərimizi səmərəli təşkil etmək üçün ardıcıl iş aparır.
        Ötən ildə ərazimizdə bir çox işlər görülmüşdür.Belə ki,Şərəfə və Agakişibəyli kəndlərinin mərkəzindən keçən 4,3 km su kanalı təmizlənmişdir.
Şərəfə kənd tam orta məktəb binası cari təmir olunmuşdur.Belə ki,məktəbin dam örtüyü dəyişdirilmiş,25 ədəb pəncərə yeni plastik pəncərə ilə əvəz olunmuşdur. Şərəfə kəndinin mərkəzindən keçən asfalt yolda cari təmir işləri aparılmış,7.2 km. kənd arası yollara çınqıl döşənmişdir. Ərazidə 450 ədəd ağac əkilərək dəmir məftillə çəpərə salınmışdır.Yüksək gərginlikli elektrik xətlərinə toxunan ağaclar budanıb.
            2016-cı ildə gördüyümüz işlər barədə məlumat verildi,lakin ərazidə görəcəyimiz işlər daha da çoxdur.Belə ki,kənd uşaq bağçasını günün tələbləri səviyyəsində təmir etmək,məktəbin istilik sistemini bərpa etmək,çürümüş,vaxtı keçmiş elektrik dirəklərinin yeniləri ilə əvəz etmək,kəndin yeni salınmış məhəllələrinə təbii qazın çəkilməsi görəcəyimiz işlərin sırasındadır.
      Ərazimizin insanları dövlətimizə sədaqətli insanlardır.Bütün dövlət əhəmiyyətli tədbirlərdə,referendum və seçkilərdə əhalimiz Ümummilli lider Heydər Əliyevin siyasi kursunu müdafiə edir və onu uğurla davam etdirən cənab İlham Əliyevi dəstəkləyirlər.26 oktyabr 2016-cı ildə keçirilmiş  Referendumda ərazinin vətəndaşları aktiv iştirak etmişlər. Bu tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün Şərəfə ərazi nümayəndəsi də öz üzərinə düşən vəzifələri bacarıqla yerinə yetirmişdir.Seçki məntəqələrinə müvafiq yerlərin ayrılması,otaqların texniki təchizatı,abadlığı və səliqə səhman yaradılması işlərində ərazidə fəaliyyət göstərən 26 saylı Şərəfə və 27 saylı Ağakişibəyli kənd seçki məntəqələrinə bütün köməklikləri etmişdir.

Keçidlər