Masallı tələbələri 20 Yanvar şəhidlərini andı
19 yanvar 2017-ci il tarixində Masallı rayon Mədəniyyət Mərkəzində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilmişdir.
İlk öncə mərasim iştirakçıları 20 yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə Masallı Dövlət Regional Kollecinin müəllimi Dilarə Hüseynovanın “20 Yanvar qan yaddaşımızdır” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, 20 Yanvar tariximizin qanla yazılmış səhifəsi olsa da, əslində şərəf günümüzdür. Vurğulanıb ki, 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib.
Sonda Masallı şəhər Mədəniyyət Mərkəzinin səhnəsində rayon Xalq Teatrının üzvləri və Masallı Dövlət Regional Kollecinin həvəskar aktyorlarının ifasında “Haray” adlı əbəbi-bədii kompozisiya nümayiş olunmuşdur.