MASALLIDA 20 YANVAR ŞƏHİDLƏRİ ANILDI
20 yanvar 2017-ci il tarixdə Masallı şəhəri “Qəhrəmanlar parkı”nda 20 yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksində anım mərasimi keçirilmişdir.
Səhər saatlarından başlayaraq minlərlə rayon sakini 20 yanvar şəhidlərinin xatirəsini böyük ehtiramla yad etmişlər. Masallı Xalq Teatrının üzvləri və Masallı Dövlət Regional Kollecinin həvəskar aktyorlarının ifasında “Haray” adlı əbəbi-bədii kompozisiya nümayiş olunmuşdur.
Anım mərasimində rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri və əməkdaşları, məktəblilər, ziyalılar, II Dünya və Qarabağ müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak edərək 20 yanvar şəhidlərinin abidəsi önünə əklillər, təzə-tər gül dəstələri qoyaraq şəhidlərin ruhuna dualar oxumuşlar.
Eyni zamanda, rayon ərazisində matəm əlaməti olaraq Azərbaycanın Dövlət Bayrağı endirilmiş, Bakı vaxtı ilə saat 12:00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, nəqliyyat vasitələrində səs siqnalları verilmişdir.