Şriftin ölçüsü :

Saytın rəngi :

Qızılavar hesabat

19 yanvar 2017 | 16:00

19 yanvar 2017-ci il tarixdə Qızılavar ərazisində Masallı rayon İcra hakimiyyəti başçısının Qızılavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yunis Ağayevin hesabat yığıncağı keçirilmişdir.
    Hesabat yığıncağında məruzə ilə çıxış edən Y. Ağayev qeyd etmişdir ki,  Qızılavar İnzibati Ərazi dairəsi mərkəzi Qızılavar kəndi olmaqla, Qızılavar və Dəlləkoba kəndlərini əhatə edir. Ərazinin ümumi sahəsi 837 ha. əhalisi 4109nəfər, təsərrüfatların sayı 1139 olmaqla 729 yaşayış evi vardır.2016-ci ildə əhalinin sayı 20 nəfər, evlərin sayı 5, təsərrüfatların sayı 6 artmışdır.Masallı rayon İcra hakimiyyəti başçısının Qızılavar kənd ərazi nümayəndəliyi öz işini Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”ni rəhbər tutaraq qurmuşdur. Nümayəndəliyin fəaliyyətini özündə əks etdirən illik və rüblük iş planları hazırlanmışdır.
       Hesabat ilində nümayəndəlikdə səlahiyyətləri çərçivəsində 67 sərəncam verilmişdir.Sərəncamların əsasını illik və rüblük iş planlarının təsdiqi,kargüzarlıq işlərinin aparılması,təsərrüfatların ayrılması,bələdiyyələr ilə birgə ərazinin sosial iqtisadi inkişafı,gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi,ərazidə göstərilən tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması,təhsilin inkişafı,elektrik enerjisi və qazdan isfadə haqqının yığılması,biçin,yay və payız şumunun vurulması,vətəndaşların qəbulu onların təklif,ərizə və şikayətlərinə baxılması,qanunsuz tikililərin qarşısının alınması,az yaşlı qızların erkən ailə həyatı qurmasının qarşısının alınması,yarana biləcək təbii fəlakətlərin qarşısının alınması,gənclərin həqiqi hərbi xidmətə çağırışı,tarixi gün və bayramların ərazidə keçirilməsi ilə bağlı olmuşdur.Nümayəndəlik tərəfindən sərəncamlardan irəli gələn vəzifələrin müsbət həll olunmasına daim səy göstərilir. Xüsusi qeyd etmək lazımdır ki, qanunsuz tikililərin, azyaşlı qızların erkən ailə qurmasının qarşısının alınması, qanunçuluğun qorunması, gənclərin həqiqi hərbi xidmətə çağırışı ilə bağlı verilmiş sərəncamların icrası daim diqqət mərkəzində saxlanılaraq həyata keçirilməsi təmin edilmişdir.
Təsdiq olunmuş tədbirlər planı əsasında ərazidə nümayəndəlik tərəfindən tarixi gün və bayramlar xüsusi qeyd olunmuşdur.Belə ki,ərazidə ulu öndər Heydər Əliyevin doğum və anım günləri,20 yanvar faciəsinin ildönümü,26 fevral Xocalı soyqırımı və digər tarixi gün və bayramlar  qeyd edilmişdir.
Nümayəndəlik yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyə ilə qarşılıqlı fəaliyyətgöstərir. İşlərini səmərəli quraraq yerli əhmiyyətli məsələlərini birgə həll edirlər. Ərazidə kommunal xidmətinin təşkili bərk məişət tullantıların yığılması və daşınması, abadlaşdırma və yaşıllaşdırma işləri görülmüşdür. Məişət tullantılarının daşınmasından ötrü vətəndaşlarla və ərazidə fəaliyyət göstərən sahibkarlıq obyektləri ilə 91 müqavilə bağlanmış, tullantıların daşınması təmin edilir. Bu sahədə aparılan işlər davam etdiriləcəkdir.
Nümayəndəlik tərəfindən təsərrüfat  başına uçot kitablarında,  təsərüffat üzvləri və müvəqqəti yaşayan şəxslərin  hər il yanvarın 1-i vəziyyətinə dəqiqləşdirilməsi aparılır. Ərazidə qeydiyyatda olan 6 yaşa qədər  əhalinin sayı 376 nəfərdir,onlardan 260 nəfəri ərazidə,32 nəfəri Respublikanın digər şəhər və rayonlarında,84 nəfəri isə xaricdə yaşayanlardır,6 yaşdan 18 yaşa qədər qeydiyyatda olanların sayı 698 nəfərdir,onlardan 497 nəfəri ərazidə,36 nəfəri Respublikanın digər şəhər və rayonlarında,165 nəfəri isə xaricdə yaşayanlardır,18 yaşdan yuxarı olanların sayı 3035 nəfərdir,onlardan 2217 nəfəri ərazidə,95 nəfəri Respublikanın digər şəhər və rayonlarında,723 nəfəri isə xaricdə yaşayanlardır.
Bu məlumatlar əsasında 2016-ci ildə Azərbaycan Respublikası seçki məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq daimi seçki siyahısına daxil edilmək üçün ərazidə aktiv seçici hüququna malik olan seçicilər dürüstləşdirilmişdir,
Nümayəndəlikdə vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkili “Vətəndaşların müraciətləri haqqında”Azərbaycan Respublikası qanununun tələbləri səviyyəsində baxılmasına daim səy göstərilmiş,müraciətlərə həssaslıqla yanaşılmış,onların həllinə nail olunmuşdur.Bildiririk ki, nümayəndiyə 2016-ci ildə vətəndaşlar tərəfindən 10  müraciət olunmuşdur.Bunlardan 6 müraciət təssərüfatların ayrılması, 2 müraciətantisanitariya ilə bağlı, 2 müraciət isə sel sularının gediş-gəliş yolunu basması ilə bağlı olmuşdur.
2016-ci ildə ərazidən yuxarı rəhbər orqanlara vətəndaşlar tərəfindən11 müraciət ünvanlanmışdır.Müraciətlərin 9-u Azərbaycan Respublikasının Prezident Administrasiyasına,1-i Milli Məclisə,  1 müraciət isə Ailə qadın uşaq komitəsinə ünvanlanmışdır.
     Müraciətlərə tərəfimizdən vaxtında baxılmış haqlı tələblərin müsbət həllinə çalışılmışdır. 
Masallı RİH-nin başçısı cənab Rafil Hüseynov 20 iyul 2016-cı il tarixdə ərazinin sakinləri ilə görüşündə 8 nəfər çıxış etmiş,5 nəfər minnətdarlıq etmiş,3 nəfər isə müəyyən təkliflər irəli sürmüşlər.İrəli sürülmüş təkliflər ilə bağlı RİH başçısı tərəfindən aidiyyatı orqanlara lazımı tapşırıqlar verilmişdir.
( Bu barədə geniş açıqlama Qızılavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Ağacəfər Cəfərov verəcəkdir)
Qızılavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik “Ailə Məcəlləsinə” əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparmışdır.Nümayəndəlikdə 2016-ci ildə 43 doğum, 9 nigah, 23 ölüm faktlarının qeydiyyatı zamanı,hər hansı bir müddət  və qanun pozğunluğuna yol verilməmişdir.Nigah faktının qeydiyyatındarüsum haqqları vaxtında ödənilmiş,2016-ci ildə 9 nigah faktının qeydiyyatı zamanıbüdcəyə 45 manat rüsum köçürülmüşdür.
Nümayəndəlik tərəfindən ərazidə yaşayan vətəndaşlara onların  ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayış xarakterli sənədlər verilmişdir. Verilmiş arayış və sənədlər normativ hüquqi aktlara istinad olaraq təqdim edilmişdir.
Qızılavar ərazisi rayonumuzun iqtisadi-sosial, mədəni sahədə inkişaf etmiş ərazilərindən biridir. Əhaliyə xidmət göstərən mədəniyyət evi, həkim məntəqəsi, elektron ATS, internet şəbəkəsi, poçtamt, 1 tam orta, 2 ümumi orta məktəbi, 19 mağaza və dükan, 8 avtomobillərin təmiri sexi,1 hamam, 3 plastik qapı-pəncərə sexi və digər müxtəlif müəssisələr fəaliyyət göstərir.
Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Ərazidə 420 ha əkinə yararlı paybəlli torpaq sahəsi vardır.2016-cı ildə həmin sahələrdə 105 ha buğda,15 ha arpa,0.5 ha tütün,8 ha yonca əkilmişdir.Bu qədər torpaq sahəsi olan ərazimizdə əkinçilik üçün çox az istifadə olunmuşdur.
Hörmətli Prezidentimiz cənab İlham Əliyev 02 sentyabr 2016-cı ildə Masallı rayonunda olarkən və həmçinin Sabirabad rayonunda keçirtdiyi müşavirədə qeyd etdi ki,bizim zonada taxılçılığın məhsuldarlığı Respublika səviyyəsindən çox aşağıdır cənub zonasında buranın iqlim şəraitinə uyğun,o cümlədən çay əkininə geniş yer verilməsini tövsiyyə etmişdir.Rayonumuzda çay əkini üçün şərait yaradılır.Bu məqsədlə nümayəndəlik və bələdiyyə tərəfindən əhali arasında geniş təbliğat işləri aparılmış, əhalidə olan paybəlli torpağa dair dövlət aktları toplanmış,razılıq ərizələri alınmışdır.Ərazidə 22 ha torpaq sahəsində çay əkini üçün yer müəyyən edilmişdir.
        2016 ildə təsərrüfatlarda  iri və xırda buynuzlu mal-qaranın sayı artmış, iri buynuzlu mal-qaranın sayı1110 başa,xırda buynuzlu mal-qaranın sayı 1020 başa çatmışdır. Ərazidə son illər arıçılığın inkişafına da maraq artıb. Belə ki, 30    təsərrüfatda 125 arı ailələri saxlanılır.
      2016-cı il Qızılavar kəndi üçün uğurlu illərdən biridir. 2015-ci ildə olduğu kimi, cari ildə də bir çox müsbət işlər görülmüşdür.Dəlləkoba kəndində yeni tam müasir tələblərə cavab verən 140 yerlik Dəlləkoba kənd ümumi orta məktəbinin tikintisi başa çatmış, məktəb kollektivin istifadəsinə verilmişdir.Mən ərazi sakinləri adındanmöhtərəm Prezidentimiz cənab İlham Əliyevə və hörmətli RİH-nin başçısı cənab Rafil Hüseynova minnətdarlığımızı bildiririk. Məlumdur ki, Ərkivan-Boradigah-Rüdəkənar yolunun ərazimizdən keçənhissəsində, Qızılavar-Bala Kolatan yolununun ətrafında səliqə-səhman işləri aparılmışdır.Qızılavar kəndinin “ Toyba” məhəlləsində kənd sahibkarlarının təşəbbüsü ilə 280 metr kənd ara yoluna  asfaltdöşənmişdir.Qızılavar kənd qəbirstanlığındaabadlıq, təmir-tikinti işləri görülmüşdür. Ərazidə müxtəlif növ ağaclar əkilmişdir. 1941-1945-ci illər BVM-də həlak olanların xatirəsinə ucadılmış abidə ərazisində təmizlik işləri aparılmış və əhənglənmişdir. Elektrik naqillərinə mane olan 1100 metr ərazidə ağaclar budanıb təmizlənmişdir,650metrsu aparıcı xətt qazılaraq təmizlənmişdir. Dəlləkoba və Qızılavar kəndini birləşdirən kənd ara yolunu keçərkən əhali həmişə orada su qalması,gediş-gəlişin çətin olması barədə mürəciətlər edirdi.2016-cı ilin oktyabr ayında RİH-nin köməkliyi ilə ərazi nümayəndəliyi bələdiyyə ilə birlikdə həmin ərazidə 150 metr su aparıcı kanal qazılmış,50 metr məsafədə isə su kanalizasiya xətti çəkilmiş, çınqıl gətirilərək yolun üstü hamarlanmışdır. İl ərzində bayram münasibəti ilə 1 qrup imkansız kənd sakinlərinə yardım edilmişdir.Əhali həmişə elektrik və rabitə dirəklərinin dəyişdirilməsi ilə bağlı müraciətlər edir.Bildiririk ki,il ərzində ərazidə bir neçə qəzalı vəziyyətdə olan elekrik və rabitə dirəkləri dəyişdirilmişdir.
Dövlətimiz hər zaman gənc nəslin təlim-tərbiyyəsinə diqqətlə yanaşır. Bildiyiniz kimi yetişməkdə olan nəslin inkişafında təhsil müəssisələrinin müstəsna rolu vardır. Ərazimizdə 1 tam orta və 2 ümumi orta məktəbində 496 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyyəsi ilə 66 müəllim məşğul olur. Məktəbi keçən il bitirmiş 22 məzundan  6-sı ali, 3-ü  isə orta ixtisas məktəblərinə daxil olmuşdur. Rayonda yüksək balla ali məktəblərə daxil olanlar arasında bizim məktəbin məzunu da vardır.Eyvazova Aytac Yalçın qızı qəbul imtahanında 600 baldan yuxarı nəticə göstərmişdir.Əldə edilmiş uğurlarla arxayınlaşmaq olmaz. Məktəblərdə təhsilin səviyyəsi artırılmalı, pedaqoji və texniki işçilər arasında əmək intizamı möhkəmləndirilməli, şagirdlərin dərsə davamiyyətinə nəzarət gücləndirilməlidir. Məktəblərdə  həqiqi hərbivətənpərvərlik  tərbiyyəsi sahəsində yeni-yeni forma və metodlardan istifadə edilməlidir.
Ərazi nümayəndəliyinin mühüm işlərindən biri də gənclərin Milli Orduya hazırlanıb yola salınmasıdır. 2016-cı ildə 22 çağırışçı olmuş,onlardan 5-i möhlət hüququ almış,17 gəncimiz isə hərbi xidmətə yollanmışdır. Diqqətinizə çatdırım ki, Qarabağ uğrunda döyüşlərdə 2 gəncimiz şəhid və 3 gəncimiz isə əlil olmuşdur. Fəxrimiz olan bu şəhid ailələri və Qarabağ əlilləri həmişə qayğı ilə əhatə olunur. Bundan sonra da onlara diqqətlə yanaşılacaqdır.
Əhalinin asudə vaxtlarının səmərəli təşkil edilməsi ərazi nümayəndəliyinin gündəlik işlərindən biridir.
Bu məqsədlə ərazidə hər il may ayında mini  futbol turnirinin keçirilməsi ənənə halını almışdır.
2017-ci ildən qarşımızda çox mühüm vəzifələr durur. Qızılavar ərazisində fəaliyyət göstərən məktəblərdən, mədəniyyət evində tikiti və əsaslı təmirə ehtiyacı vardır. Bəzi kənd ara yolları təmir olunmalı, elektrik və telefon dirəkləri dəyişdirilməlidir. Qızılavar kənd tibb məntəqəsinin maddi-texniki bazası möhkəmləndirilməlidir.
Qızılavar İnzibati Ərazisinin vətəndaşları həmişə dövlətimizə və dövlətçiliyimizə sədaqətliliklərini nümayiş etdirmişdir.2016-cı ildə keçirilmiş Ümumxalq səsverməsi Referendumda Azərbaycan Respublikası Konistitusiyasına əlavə və dəyişiliklərlə bağlı fikirlərini ifadə etmişlər.

Keçidlər