SIĞDAŞ VƏ BABAKÜCƏ KƏNDLƏRİNƏ TƏBİİ QAZ VERİLDİ
25 yanvar 2017-ci il tarixdə Masallı rayonu Sığdaş və Babaküçə kəndlərinə təbii qazın verilməsi münasibəti ilə açılış mərasimi olmuşdur.
Tədbiri giriş sözü ilə Masallı RİHB-nin Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İsrafil Əliyev açmışdır.
Masallı rayon İcra hakimiyyətinin başçısı cənab Rafil Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizin hər yerində olduğu kimi rayon ərazisində də geniş tikinti, abadlıq-quruculuq işlərindən, habelə ərazilərin sosial problemlərinin həllindən danışmışdır.
Sakinlərdən təqaüdçü Dadaş Məmmədov, ziyalı Pakizə Şahmarova və başqaları çıxış edərək əraziyə təbii qaz verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə “Azəriqaz” İstehsalat Birliyi Lənkəran Regional Qaz İstismar İdarəsinin rəisi Rəfail Novruzov bildirmişdir ki, Sığdaş və Babaküçə kəndlərinin qazlaşdırılması üçün 24500 paqonometr müxtəlif diametrli borularla qaz xətləri çəkilmiş, hər bir evə fərdi qaz sayğacı quraşdırılmışdır. Sığdaş kəndində 259, Babakücə kəndində isə 166 ailəyə təbii qaz verilmişdir.
Tədbirdə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli alovlandırılmışdır.