Şriftin ölçüsü :

Saytın rəngi :

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi qeyd olundu

28 aprel 2013 | 15:00

Aprel ayının 27-də Masallı rayon Gənclər Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin rəsimləri, idarə və təşkilatların nümayəndələri,rayon ictimaiyyəti, səhiyyə işçiləri iştirak edib.Tədbirdə çıxış edən Masallı rayon səhiyyə işçiləri və başqaları Azərbaycan oftalmologiya elminin inkişafında misilsiz xidmətləri olmuş akademik Zərifə Əliyevanın zəngin həyat və fəaliyyətindən danışıblar. Çıxışlarda qeyd edilib ki, akademik Zərifə Əliyeva gözəl həkim olmaqla yanaşı, həm də qayğıkeş xanım idi.

 Ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı olmuş Zərifə Əliyevanın həmçinin dəyərli bir oftalmoloq kimi Azərbaycan tibb elmi qarşısında misilsiz xidmətləri olduğu da tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Vurğulanıb ki, dəyərli bir ana olan Zərifə Əliyeva, həmçinin Azərbaycan xalqının bu günü və gələcəyi üçün böyük dayaq olan övlad yetişdirib.Tədbirdə həmçinin məktəb şagirdləri tərəfindən akademik Zərifə Əliyevaya həsr olunmuş ədəbi-bədii kompozisiyalar və səhnəciklər nümayiş olunub.

Keçidlər